Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...

Tarix:31-07-2021, 06:22 Baxış Sayı:25 Kateqoriya:gundem / cemiyyet

Monitorinq Mərkəzi Qarabağda nələr görür? - ƏGƏR GÖRÜRSƏ...

Qarabağdakı erməni silahlı birləşmələrinin qanunsuz hərəkətlərinə Ağdamda yaradılan Birgə Monitorinq Mərkəzinin biganə münasibəti artıq Azərbaycan cəmiyyətində etirazlar doğurmaqdadır.

Bir müddət əvvəl elə mərkəzin “qulağının dibində”, Ağdam ərazisində Azərbaycan ordusunun giziri erməni quldurlarının açdığı atəş nəticəsinə yaralandı. Daha sonra digər istiqamətlərdən də silahlar işə salındı. Amma fasiləsiz monitorinqi öhdəsinə götürən Mərkəzdən erməni silahlı birləşmələrinin zərərsizəşdirilməsi istiqamətində heç bir addım müşahidə olunmadı. Hansı ki, əksəriyyət atəş açan, cinayət törədən erməninin dərhal zərərsizləşdiriləcəyi, qanunvericiliyə uyğun şəkildə Azərbaycan tərəfə təhvil verilməsi istiqamətində addım atılacağını gözləyirdi. Həmin silahlı(lar) sərbəst gəzdikcə, kim bilir bundan sonra daha hansı terror hadisələri həyata keçirilə bilər. Lakin nə Rusiya sülhməramlıları, nə də Birgə Moniorinq Mərkəzindən adekvat reaksiya müşahidə edə bilmirik.

Son məlumatlara diqqət edəndə görürük ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) minatəmizləyən bölmələri tərəfindən Azərbaycan ordusuna dəstək çərçivəsində bu günə qədər Ermənistanın işğalından azad edilən bölgələrdə 344 min 409 kvadratmetr ərazi minalardan təmizlənib. Virtualaz.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Mətbuat Müşavirliyinin zabiti, mayor (minbaşı) Pınar Kara bu gün keçirdiyi brifinqdə bu haqda bildirib.

“TSK Qardaş ölkə Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq anlaşmaları çərçivəsində Azərbaycan Silahlı qüvvələrinin modernizasiyasına və tədris fəaliyyətlərinə dəstək verməyə davam edir. TSK və Azərbaycan Silahlı Qüvvələri birlikdə həyata keçirdikləri təlimlərdə peşəkar personalı və təchizatı ilə qarşıya qoyulacaq hər cür vəzifəni yerinə yetirəcək gücdə olduğunu göstərməkdədir”, - Pınar Kara deyib.

Türkiyə Müdafiə Nazirliyinin rəsmisi daha sonra Azərbaycan-Ermənistan sərhədində son günlər baş verən hadisələri xatırladıb. Erməni tərəfinin təxribatları nəticəsində Azərbaycan ordusunun 1 hərbçisinin şəhid olduğunu, 2 hərbçisinin yaralandığını bildirib. Bu təxribatlara cavab verildiyini qeyd edib. “Son zamanlar erməni tərəfinin təxribatlarında artım müşahidə olunur. Bu baş verənlər göstərir ki, Azərbaycanın zəfəri ilə nəticələnən Tək Vətən Hərəkatı sonrası hörmətli prezident Əliyevin sülhə yönəlmiş cəhdlərinə Ermənistan tərəfi konstruktiv münasibət göstərmir. Ermənistanın bölgədəki aqressiv davranışları qarşısında Azərbaycan Türkü qardaşlarımızın haqlı mübarizələrində yanlarında olduğumuzu bir daha vurğulayır, təhsil, hərbi yardım və müşavirlik fəaliyyətləri ilə ”iki dövlət, bir millət" anlayışına uyğun olaraq bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanlarında olmağa davam edəcəyimizi bildirmək istəyirik", - Pınar Kara bildirib.

Qardaş ölkənin Azərbaycanın daim yanında olduğuna şübhəmiz yoxdur. Lakin sanki hansısa qüvvə Ağdamdakı mərkəzin aktiv fəaliyyətinə mane olur, bu isə təhlükəli perspektiv vəd edir. Ağdamdakı Birgə Monitorinq Mərkəzi erməni təxribatlarını niyə “görmür”, görürsə, niyə susur? Unutmamalıdırlar ki, Qarabağda minlərlə quldurun əlində silah var və bir gün erməni sərsəri silahı mərkəzin heyətinə də çevirə bilər...

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a vəziyyətlə bağlı fikirlərini bölüşdü: “Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən son hadisələr və ələlxüsus da Azərbaycan tərəfdən şəhid olan, yaralanan hərbi qulluqçularla bağlı Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin hər hansı bir münasibət bildirməməsi çox təəssüfedicidir. Mən başa düşürəm ki, onlar sırf Qarabağla bağlı məsələlərə nəzarət etmək məqsədi ilə fəaliyyət göstərirlər. Axı bir müddət bundan əvvəl də həyasız erməni sürüsünün bizim mövqelərimizə Şuşa istiqamətində atəş açması zamanı biz Monitorinq Mərkəzinin hər hansı münasibətini görmədik. Belə başa düşmək olar ki, Monitorinq Mərkəzinin də fəaliyyətini daha çox ruslar idarə edirlər. Belə olmamalıdır! Onların birbaşa vəzifə borclarıdır ki, bütövlükdə Qarabağda baş verən hadisələrə cavabdehlik daşıyıb, baş verə biləcək hadisələri önləsinlər, adekvat tədbirlər görsünlər. Hələliksə biz yalnız Rusiya Müdafiə Nazirliyinin ara-sıra özlərini reklam edən xəbərlərini oxuyuruq”.

Ü.Cəfərov hesab edir ki, baş verənlər ruslara hərtərəfli sərf edir: “Bir sıra məqamlar var ki, biz hələlik o haqda açıq narazılığımızı dilə gətirmirik, amma bu, bəlli bir məqama qədər ola bilər. Sonrası çox çətin suallar və durum yarada bilər. Birgə Monitorinq Mərkəzi isə hələlik bu aylar ərzində az qala ”kökəltmə" məntəqəsinə çevrilib. Kompüter arxasında yüzlərlə hərbçi vaxt keçirir və ortada da irəliyə doğru hər hansı bir addım yoxdur. Ermənilər və onlara havadarlıq edən rus-fransız, həmçinin amerikanlar əl altdan öz işlərini görməkdədilər. Atəş açılır, insanlar yaralanır və ya həyatlarını itirir, bunlar isə öz “işlərində-güclərində”dirlər. İş görmək, öz elindən-obasından illərlədir didərgin salınan insanları tezliklə doğma ocaqlarına qaytarmaq haqqında düşünmək lazımdır. Məncə, Birgə Monitorinq Mərkəzinin ən ümdə vəzifələrindən biri bölgədə ciddi hadisələri önləmək və ermənilərin həyasızlığına göz yummamaq olmalıdır. Biz isə əksini görürük. Çox təəssüflər!"

QAT sədri Akif Nağı da hesab edir ki, həqiqəti deməyi bacarmalıyıq: “Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı siyasi və mənəvi dəstəyi ciddi rol oynadı. Sonra Birgə Monitorinq Mərkəzinin yaradılmasına ümidlərlə yanaşdıq. Ümid etdik ki, regionda Rusiya və Türkiyə birlikdə hərəkət edəcək. Amma ötən vaxt ərzində ciddi nəticələr hiss olunmur. Rusiya hələlik təkbaşına qərarlar qəbul edir. Monitorinq Mərkəzinin fəaliyyəti hiss olunmur. Şuşa Bəyannaməsi, parlament sədrlərinin Bakı Bəyannaməsi, Şuşaya səfərlər daha çox siyasi məzmunlu addımlardır. Bu addımların ciddi əhəmiyyəti var. Amma biz regionda Türkiyənin hərbi mövcudluğunun genişlənməsini gözləyirik. Bu isə həm də Birgə Monitorinq Mərkəzi vasitəsi ilə həyata keçirilməlidir”.

A.Nağı Qarabağda baş verən təxribatlara biganə münasibətin səbəbini anlaşılmaz sayır: “Azərbaycan-Ermənistan cəbhə xətti ilə hərbi insidentlər baş verir, Rusiya dərhal müdaxilə edir, Türkiyə isə görünmür. Ermənilər bizimlə sərhəd boyunca rus hərbçilərinin yerləşdirilməsini təklif edir, Türkiyə yenə də arxa planda qalır. Əslində bütün bu proseslərdə Türkiyə Rusiya ilə bərabər şəkildə görünməlidir. Türkiyə hərbçiləri də bütün proseslərdə iştirak etməlidir. Təəssüf ki, hələlik bunu müşahidə etmirik”.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda