Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...

Tarix:29-07-2021, 08:49 Baxış Sayı:28 Kateqoriya:gundem / cemiyyet

Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...

Rusiyanın Rostov vilayətində cəmi bir neçə ay əvvələ qədər ən iri biznesmen-oliqarx hesab edilən azərbaycanlı Kərim Babayevin barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. Virtualaz.org xəbər verir ki, bu haqda TASS prokurorluqdakı mənbəyə istinadən bildirir. Məlumatda deyilir ki, Kərim Babayevin adı tezliklə axtarışda olan cinayətkarlara dair bütün məlumat bazalarına daxil ediləcək.

Xəbər verildiyi kimi, bu ilin aprel ayında Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Rostov vilayətinin Aksay rayonunun administrasiyasının rəhbəri, 27 ildir bu vəzifəni tutan Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun biznesini idarə edən daha bir nəfəri həbs edib. Vitali Borzenko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlətə məxsus torpaq sahələrini qanunsuz olaraq Kərim Babayevə satmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Kərim Babayev isə həbsdən yayına bilib, onun ya Azərbaycana, ya Türkiyəyə qaçdığı bildirilirdi.

Kərim Babayevin Aksay rayonunda dörd iri ticarət mərkəzi (“Almaz”, “Atlant”, “Klassik”, “Stroitelniy”) olub, həmin bazarlarda on minlərlə adam işləyirdi. Həmin həbs əməliyyatının ardınca onun bazarlarına minlərlə “Rosqvardiya” və OMON döyüşçüsü yeridilib. Bazarların qanunsuz fəaliyyət göstərdiyi irəli sürülüb və onların fəaliyyəti dayandırılıb.

Bir gün əvvəl-iyulun 28-də Rostov vilayəti üzrə prokurorluğun kollegiyasında Rusiya baş prokurorunun müavini Andrey Kikot bildirib ki, həmin iş üzrə fiqurantlar beynəlxalq axtarışa verilib. “Gərəkdir ki, onların barəsində bütün sənədlər İnterpol orqanlarına verilsin və hər şey rəsmi olsun. Onlar axtarışda olan şəxslərə dair bütün məlumat bazalarında olmalıdır”,-Kikot deyib.

Kərim Babayevin oğlanları Eduard və Vadim Babayevlər, habelə Aksay rayonunda torpaq sahəsinin ələ keçirilməsində orada qanunsuz olaraq ticarət mərkəzləri tikməkdə ittiham olunan digərlərinin barəsində çıxarılmış həbs qətimkan tədbirinin müddəti avqustun 11-də başa çatır. Bildirilir ki, hazırda məhkəmələrdə Babayevlərə məxsus özbaşına kapital tikintilərin sökülməsinə dair 30-dan çox mülki iddiaya baxılır.

Kərim Babayev “Rostov vilayətinin Berezovskisi” (Berezovski Londonda ölən rusiyalı milyarderdir) hesab edilirdi və onun çoxsaylı daşınmaz aktivləri, biznes obyektləri olub. Lakin Babayevin bazarları on illərdir fəaliyyət göstərsə də onların qanunsuz olduqları indi yada düşüb və biznesmenin çökdürülməsi prosesi başlayıb.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda