“Fəryad 2” üçün 15 manata aktyor axtarılır? - “Azərbaycanfilm”in direktorundan AÇIQLAMA

Tarix:29-07-2021, 05:20 Baxış Sayı:33 Kateqoriya:gundem / cemiyyet

“Fəryad 2” üçün 15 manata aktyor axtarılır? - “Azərbaycanfilm”in direktorundan AÇIQLAMA

Məşhur "Fəryad" filminin ikinci hissəsi çəkilir. Ekran işində çəkilmək üçün kişi aktyorlar axtarılır. Bu haqda kastinq şirkəti elan yayıb. Sosial şəbəkədə paylaşılan elan isə hər kəsi təəccübləndirib. Buna səbəb isə ekran işində rol alacaq şəxslərə veriləcək 15 manat qonorar olub. Aktyorlara veriləcək qonorar sosial şəbəkələrdə ciddi reaksiya doğurub.

Moderator.az-a açıqlama verən “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov məsələyə aydınlıq gətirib.

“Hal-hazırda “Azərbaycanfilm” kinostudiyasında rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən gözəldir” (Fəryad 2) tammetrajlı bədii filmi istehsal edilir. Filmin kütləvi səhnələrində çəkilmək üçün 1000 nəfərə yaxın kişi və qadınların çəkilişlərə cəlb edilməsi planlaşdırılır. Məlumat üçün qeyd edək ki, kütləvi və epizodik səhnələrdə çəkilən əlavə şəxslər peşəkar aktyor, aktrisa hesab olunmur. Bu şəxslərin gündəlik iş saatları isə müxtəlifdir, səhnə quruluşuna əsasən 1 saatdan 8 saata qədər ola bilər. “Azərbaycanfilm” kinostudiyasında isə filmin istehsal büdcəsinə uyğun olaraq kütləvi səhnələrdə çəkiləcək hər bir adam üçün ödəniş, vergilər daxil edilməklə 35 manat, vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra 20.65 manat təşkil edir. Bu ödənişlər çəkilişdə iştirak edən şəxslərə ödənilir. Əlavə olaraq qeyd edək ki, filmdə çəkiləcək kütləvi səhnələrdə iştirak edəcək şəxslərin seçimində müxtəlif kast menecerləri ilə (və ya ”massovşiklərlə”) işləyirik. Kütləvi səhnələrdə çəkilənlərin sözügedən kast menecerlərə verdikləri xidmət komissiyasına və komissiya məbləğinin miqdarına görə “Azərbaycanfilm” kinostudiyası hər hansı bir öhdəlik daşımır. Bütün məsuliyyət aralarında olan razılaşmaya əsasən kast menecerlərin və kütləvi səhnələrdə çəkilənlərin üzərinə düşür” deyə direktor bildirib.

Fariz Əhmədov sonda filmin çəkilişlərinə hazırlıq prossesində olduğunu, ekran işini noyabr ayına kimi çatdırmaq istədiklərini və bu haqda daha sonra ətraflı məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunur.

SON XƏBƏRLƏR
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ
Tağı Əhmədov, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı vəzifədən azad olunublar