"Hər üç ölkənin səfirini başa düşmək çətin deyil" - deputat

Tarix:17-07-2021, 08:15 Baxış Sayı:43 Kateqoriya:gundem / cemiyyet

"Hər üç ölkənin səfirini başa düşmək çətin deyil" - deputat

Millət vəkili Sahib Əliyev Moderator.az əməkdaşının suallarını cavablandırıb.

"Minsk qrupunun hər üç həmsədri Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsini istəməyib..."

- Sizcə ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşa səfərinə qatılmamasında əsas səbəb nə idi?

- 46 dövlətin səfiri Şuşaya gedib, oradakı reallığı öz gözləriylə görməyə dəvət olunurlar, hamısı gedir, ABŞ, Fransa, Rusiya diplomatları getmir. Bəlkə, ora atdırılan İsgəndər-M raketinin qalıqlarının partlamasından qorxublar, o üzdən dəvətdən imtina ediblər? Ciddi deməli olsaq, getməmələrinin səbəbi aydındır. Bununla bir daha göstərirlər ki, Minsk qrupunun hər üç həmsədri Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsini istəməyib. Sirr deyil ki, onlardan ikisi qarşıdurmaya beynəlxalq normalara uyğun deyil, hayların maraqları çərçivəsində son qoyulmasını arzulayıb, biri isə münaqişənin necə var qalmasının, onun həllindənsə idarə edilməsinin tərəfdarı olub. Azərbaycan məhz bu üçlüyün istəyinə və marağına rəğmən öz torpaqlarını geri qaytarmağı bacarıb. Bu reallıq, geosiyasi alət kimi faydalandıqlarının kimlikləri, yerləri və durumları özəllliklə də Şuşadan o qədər qabarıq nəzərə çarpır ki, hər üç ölkənin səfirini başa düşmək çətin deyil.

- Bəs sizcə Azərbaycan tərəfi onların bu addımlarını necə dəyərləndirməli və nə kimi addımlar atmalıdır?

- Azərbaycanın necə dəyərləndirdiyi göz önündədir. Dövlət də, cəmiyyət də onların bu hərəkətini pisləyir. Pisləməklə yanaşı onların niyə belə etmələri də aydındır. Əslində onlar havadarlıq etdiklərinin vəhşiliyini görüb xəcalət çəkməmək üçün belə davranmırlar. Hər üç həmsədr, istəklərinə rəğmən Azərbaycanın öz torpaqlarını azad etməsini sinirə bilmirlər, o üzdən də səfirləri Şuşaya getmədi. Amma müstəqil siyasət yeritməmizi, Qafqazda lider dövlətə çevrilməyimizi, ilk növbədə bizim maraqlarımıza cavab verən qlobal layihələri reallaşdırmamızı sinirdikləri kimi, gec-tez bunu da sinirəcəklər.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda