Gəncədə qanunsuz narkotik saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Tarix:21-07-2021, 10:08 Baxış Sayı:40 Kateqoriya:gundem / cemiyyet

Gəncədə qanunsuz narkotik saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Milliirs.AZ: - Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir. Bu barədə DİA.AZ-a DİN-dən verilən məlumatda deyilir.

Baş İdarənin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Emin Bədirov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” aşkar edilib.

Polis İdarəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşı Ece Mustafa saxlanılıb. Onun üzərindən narkotik vasitə olan “metamfetamin” aşkar edilərk götürülüb.

İdarənin ərazi üzrə Polis Bölməsinin əməkdaşları Teymur Məmmədovu saxlayaraq bölməyə gətiriblər. Baxış zamanı aşkar onn üzərindən aşkar olunan “heroin” müvafiq ekspertizaya göndərilib.

Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki mağazalardan birinə məxsus 16 ədəd taxta lövhələri oğurlamaqda şübhəli bilinən Elnur Cəfərov saxlanılıb. Araşdırma zamanı onun üzərindən qanunsuz olaraq əldə edib saxladığı narkotik maddə olan heroin aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs oğurluq hadisəsini narkotik vasitə əldə etmək üçün törətdiyini etiraf edib.

Narkotik maddə əldə etmək üçün oğurluq edən digər bir Gəncə şəhər sakinini Nizami RPİ-nin ərazi üzrə Polis Bölməsinin əməkdaşları saxlayıb. Belə ki, əvvəllər məhkum olunmuş Hümbət Axundov müxtəlif vaxtlarda bir neçə şəhər sakininə məxsus telefonları oğurlayaraq satıb. Saxlanılan zaman üzərindən narkotik maddə olan heroin aşkarlanan şübhəli şəxs törətdiyi cinayətləri etiraf edib. Onun digər analoji cinayət hadisələri törətməsi də istisna edilmir.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda