Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”

Tarix:29-06-2021, 08:54 Baxış Sayı:44 Kateqoriya:gundem / cemiyyet

Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”

Müharibə dövründə və müharibəən sonra Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması müzakirə olunur.

Hələ 2016-cı il 20 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, “Qızıl Şərq” hərbi şəhərciyi Türkiyə hərbçilərinin istifadəsinə verilib.

İmzalanan fərmanla türk hərbçiləri “Qızıl Şərq” hərbi şəhərciyində olan binalardan (əsasən anbar qismində) istifadə etmək hüququ qazanır. Həmçinin Hacı Zeynalabdin Tağıyev aerodromunda yerləşən terminallardan biri də şəxsi heyətin istifadəsinə ayrılıb. Azərbaycan hərbçiləri də bu aerodrom vasitəsilə Əfqanıstana hərbi missiyaya göndərilib.

Azərbaycan Respublikasının Hərbi Doktrinasına görə, ölkə ərazisində hər hansı bir dövlətə məxsus hərbi bazanın yaradılması mümkün deyil.

Azərbaycana səfərdən qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan ölkəmizdə Türkiyə bazalarının yaradılmasını istisna etməyib. Jurnalistlərin "Şuşa Bəyannaməsi çərçivəsində hərbi bazaların yaradılması mümkündürmü, Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi?" sualına cavabında Prezident Ərdoğan "Bu, açıqladığımız maddələrin xaricində deyil. Burada daha sonra inkişaf, genişləmə ola bilər. Hələ ki, burada daha çox xüsusilə sərhəd xətlərinin qarantiya altına alınması, təminat altına alınması əsas olandır",-deyib.

Prezident qeyd edib ki, xüsusilə cənab İlham Əliyevin Putin ilə keçirəcəyi görüşlər bu məsələni fərqli inkişaf etdirə bilər:

“Bizim keçirəcəyimiz görüşlər bu işi fərqli şəkildə inkişaf etdirə bilər".

Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, ehtiyac olacağı təqdirdə Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması tezləşdirilə bilər:

“Bəyənnamə gələcəkdə birgə qoşunların yaradılmasından tutmuş, Türkiyənin Azərbaycanda öz hərbi bazalarını yerləşdirilməsini də özündə ehtiva edir. Bu, zaman məsələsidir, nə zaman ərsəyə gəlməsi real geosiyasi vəziyyətdən aslıdır. Real olaraq hər hansısa təhlükə olmadıqca, belə bir hərbi bazaların Azərbaycanda varlığına da ehtiyac olmayacaq. İndiki müttəfiqlik sənədi bütün səviyyələrdə birbaşa hərbi yardımı özündə ehtiva edir. Azərbaycana real təhlükə və təhdi yarandığı təqdirdə Türkiyə hərbi bazalarının ərazimizdə yaradılması tezləşdirilə bilər. Xüsusən də Türkiyə Hərbi Hava Qüvvələrinin bir eskadrilyasının Azərbaycan ərazisində yaradılmasına ehtiyac var. Bilirsiniz ki, müasir müharibələrdə həlledici məsələ havada dominantlığı təmin etməkdən keçir. Türkiyə son zamanlarda bu sahədə dünyada ən çox inkişaf etmiş dövlətlərdən biridir”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, belə bir hal olarsa, adekvat addım atılacaq:

“Rusiya Federasiyası sərhədləri yaxınlığında NATO-ya üzv olan ölkələrin hərbi obyektlərinin yerləşdirilməsi diqqətə alınmalı və bu, təhlükəsizliklə bağlı önəmli tədbirlərin görülməsi baxımından əsasdır”.

Rusiyanın mümkün cavab tədbirləri barədə fikirlərini Cebhe.info ilə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Kreml Cənubi Qafqazda Türkiyənin varlığını qəbul etməlidir:

“Şuşa Bəyənnaməsi imzalandıqdan sonra Prezident Ərdoğan Azərbaycanda hərbi bazaların yaradılması barədə açıqlaması Rusiyada şok effekti yaradıb. Lavrov bu məsələni şərh etmədi, ancaq Peskov bu barədə danışdı. Belə bir halda adekvat addım atılacağını deyib. Adekvat addım dedikdə Azərbaycana qarşı müəyyən dərəcədə siyasi təzyiq göstərilməsi nəzərdə tutula bilər. Ola bilər ki, Qarabağda separatçıları bir qədər aktivləşdirsinlər. Azərbaycana qarşı müəyyən iqtisadi tədbirlər görə, Rusiyada yaşayan azərbaycanlıların bir qrupunu deportasiya edə bilərlər. Düşünmürəm ki, Azərbaycan Rusiyanın bu təzyiqləri qarşısında geri çəkiləcək. Həmçinin Rusiya Azərbaycanla münasibətləri kəskinləşdirəcək istiqamətə hərəkət etməyəcək. Rusiya yaxşı bilir ki, Türkiyə əgər 2-ci Qarabağ müharibəsində yanımızda oldusa, Şuşa Bəyənnaməsi imzaladısa, hərbi bazalar da Azərbaycan ərazisində yaradılacaq. Azərbaycan ictimaiyyəti də bunu arzu edir. Rusiya bunları planlaşdırmışdı və geosiyasi reallıqlara uyğun olaraq artıq Türkiyənin Cənubi Qafqazda varlığını qəbul etmək məcburiyyətindədir. Bu yaxınlarda Ərdoğan və Putinin görüşü gözlənilir. Bu görüşdə bu məsələlər də danışılacağını düşünürəm”.

SON XƏBƏRLƏR
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ
Tağı Əhmədov, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı vəzifədən azad olunublar