“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”

Tarix:29-06-2021, 08:55 Baxış Sayı:48 Kateqoriya:gundem / cemiyyet

“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”

13 ildən çoxdur ki, radioda çalışır. Səs imkanları, söz bazası və istənilən situasiyadan çıxma bacarığı onu İctimai Televiziyasının simasına çevirməyi bacarıb. Səhər verilişlərində izlədiyimiz və daha çox səsinin radiodan tanıdığımız aparıcı Ağa Nadirov Moderator.az-ın suallarını cavablandırdı. O, yeni mövsümdə İctimai Televiziyanın yeni layihələrindən və radio aparıcılarının televiziyaya adaptasiyasından danışdı. Mövzuya isə 2 ildir ki, gündəmdən düşməyən pandemiya ilə başladıq.

-Pandemiyada nəyin daha çox fərqinə vardınız və karantin dönəmi sizə nə qazandırdı?

-Pandemiya dönəmində karantin günləri, yeni qaydalar və sərtləşdirilmiş karantin günlərinə uyğun şəkildə həyat prinsipi ilə üz –üzə qaldıq. Baxmayaraq ki, karantin rejimi hökm sürürdü, bu müddət ərzində bir çox layihələri həyata keçirdik. Misal üçün, təklif etmişdim ki, xaricdə yaşayan azərbaycanlılarla distant şəkildə əlaqə yaradaq. Beləliklə dünyada baş verən hadisələri onların təqdimatında daha yaxından izləmək imkanı əldə etmiş olduq.

Pandemiyanın mənim üçün qazancından çox itkiləri oldu. Belə ki, tədbilərin çoxu təxirə düşdü.

-Pandemiya ölkəmizdə, dünyada yeni qaydaların və yeni dönəmin əsasını qoydu. Bu qaydalara öyrəşməkdə və adaptasiya olmaqda çətinlik çəkirsinizmi?

-İndiyə qədər heç nə dəyişməyib və bundan sonra da mənə görə heç nə dəyişməyəcək. İllər öncə də dünyada viruslar yayılıb və karantin günləri elan olunub, pandemiya dönəmində virusa yoluxan, dünyasını dəyişən insanlar da olub. Əlbəttə ki, bu günlər də bitəcək. Hər şey əvvəlkindən də yaxşı olacaq. Karantin günləri isə bizim adət etdiklərimizi yad etməyə bir növ vasitəçi oldu. Əvvəllər toyların çoxluğundan şikayət edirdik, indi toylar üçün darıxırıq. Bir neçə həftə əvvəl axşam saat 21:00-da kafe və restoranlar bağlanırdı. İnsanlarda saat 21:00-da evdə olmalıymış kimi bir vərdiş yaranmışdı. Həmin saatlarda şəhər bomboş görünürdü. İndi qaydalar dəyişsə, yenə əvvəlki rejimimizə qayıdacağıq. Biri var ki, bu rejimə bir ömür- 50 il, bir də var ki, 2-3 il müvəqqəti səbr edək. Müasir dövrün insanları yeni texnoloji qaydalarla yaşayır və koronavirusun da öhdəsindən gəlməyi bacaracağına əminəm. Bu gün 3 milyondan çox insan vaksin vurdurub. Qeyd edim ki, mən də koronavirusa qarşı vaksin vurdurmuşam və hazırda özümü yaxşı hiss edirəm. Əvvəl virusa 100 faiz yoluxma ehtimalım var idisə, indi bu 50 faizə enib.

-Sizi səsi simasından məşhur aparıcı hesab etmək olarmı?

-14 il həyatımı radioda keçirmişəm. 3 il yarımdır ki, televiziyada da fəaliyyət göstərirəm. Hesab edirəm ki, səsimlə daha çox tanınıram, nəinki simamla. Ümid edirəm ki, yaxında simam da tanınacaq. Çünki İctimai Televiziyada biri-birindən maraqlı layihələrimiz var. Bu layihə hər yerdə səs salacaq.

-14 ildir radioda çalışırsınız, radio aparıcısından daha çox söz bazası, təcrübə, ekstrim vəziyyəti idarəetmə bacarığı tələb edilir. Efirdə isə görüntü daha çox önəm daşıyır. Belə olduğu halda, televiziya sizin üçün daha asan olmalıdır.

-Bu fikirlə razıyam. Radiodan televiziyaya gələn aparıcılar daha çevik, istənilən situasiyalara hazır olur. Radioda o qədər emosional olmalısan ki, dinləyici sənin hansı əhvalda olduğunu duysun.

- Sizə elə gəlmir ki, hazırda sosial şəbəkənin izləyicisi daha çoxdur, nəinki televiziyanın?

- Razıyam. Ancaq hesab edirəm ki, bu, müvəqqətidir. Yeni şəbəkələr bir-bir sıradan çıxır və izləyici yenə televiziyaya qayıdır. 44 günlük müharibə zamanı izləyicilər dəqiq, düzgün informasiyanı televiziyalardan aldı. O dönəmdə sosial şəbəkələr də izlənilirdi, ancaq mənbə yenə də televiziyalar idi. Tamaşaçılar kabel televiziyaları kənara qoyub yerli kanallara baxırdı. Sosial şəbəkələrə gəldikdə isə onlar bizim həyatımızda bu gün var, sabah isə aktullığını itirəcəklər. Fikir verirsinizmi, artıq yavaş-yavaş “Facebook”dan istifadə edənlərin sayı azalır. Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir.

- Sizin Tural Yusifovla birlikdə əlil arabasında şəhər gəzintisinə çıxdığınız veriliş böyük müzakirələrə səbəb olmuşdu. Əlil arabasında şəhər gəzintisi sizə hansı hisləri yaşatdı?

- Bu, Tural Yusifovun “AvtoStop” layihəsi çərçivəsində həyata keçirildi. Əlil arabasında şəhər gəzintisi məni çox məyus etdi. Təsəvvür edin ki, panduslar var, amma işləmir. Bəs, onda niyə var? Biz kiməsə ümid veririk, deyirik ki, sən cəmiyyətə qarışa bilərsən və sənin üçün hər şey yaxşı olacaq. O insan etibar edir və çölə çıxıb görür ki, vəziyyət dediyimiz kimi deyil. Biz də istədik ki, qış parkına düşüb fiziki məhdudiyyətli insanların buradan necə hərəkət edə biləcəyini göstərək. Ancaq biz o parka həsrətlə baxdıq. Nə qədər cəhd etsək də yerüstü və yeraltı keçiddən istifadə edə bilmədik. Təəssüf hissi ilə qeyd edim ki, fiziki məhdudiyyəti olan insanlara heç bir şərait yaradılmayıb. Onlar çoxdur, ancaq biz onları görmürük. Çünki şəhərdə rahat gəməzləri üçün elə şərait yoxdur.

- Ağa Nadir özünü TV-də, yoxsa radioda daha rahat hiss edir?

- Hər ikisi mənim üçün önəmlidir. Uşaqlıqda televiziya aparıcısı olmaq istəyirdim. Ancaq tale məni radioya gətirib çıxardı. 14 il radioda çalışandan sonra televiziyaya gəldim və anladım ki, hər ikisi mənim üçün önəmlidir. Radionun yeri tamam başqadır, bura çox rahatdır. Çünki sən radioda rahat danışa, rahat şəkildə mövzudan mövzuya keçid edə bilirsən. Radioda imkanlar daha genişdir. TV-də danışanda belə çalışırsan ki, yaraşıqlı görünəsən. Amma radioda buna fikir vermədiyinə görə emosiya və söhbətə köklənirsən.

- Siması olduğunuz İctimai TV ailəsində yeni mövsümdə nələr gözlənilir?

- Yeni mövsümdən İctimai televiziyada yeni layihələr və maraqlı proqramlar davam edəcək. Yeni layihələrin bir qismi lisenziyalı layihələrdir. Onlar artıq sınaqdan keçib. Biz artıq “Family feud” layihəsinin çəkilişlərinə başlayırıq. Biz onu “Camaat nə deyir?” adı altında həyata keçirəcəyik. Bu layihənin 100-dən çox lisenziyası alınıb, 40-a yaxın ölkədə nümayiş olunub. Bu qədər ölkədə nümayiş olunub və kifayət qədər sevilibsə, demək ki, bu layihə özünü doğruldub. İctimai televiziyanın efirində isə bu layihənin sentyabrdan işıq üzü görəcəyi gözlənilir.

- O layihədə sizi də görə biləcəyikmi?

- Sözügedən layihənin aparıcısı olacam. Ümid edirəm ki, çox maraqlı olacaq. Eyni zamanda, İctimai televiziyanın digər aparıcıları da maraqlı layihələrdə iştirak edəcək, komandamıza əminəm. İctimai Televiziyanın yaradıcı heyəti peşəkardır, onlar işlərini sevirlər. Sevgi isə uğurun yarısıdır.

SON XƏBƏRLƏR
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ
Tağı Əhmədov, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı vəzifədən azad olunublar