Ölkəmizdə aparılan uğurlu siyasət milli iqtisadiyyatımızın davamlı yüksəlişini təmin edir

Tarix:7-06-2021, 10:10 Baxış Sayı:22 Kateqoriya:gundem / cemiyyet

Ölkəmizdə aparılan uğurlu siyasət milli iqtisadiyyatımızın  davamlı yüksəlişini təmin edir

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilmiş və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunmuşdur. Ölkə iqtisadiyyatında əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə-modernləşmə mərhələsinə qədəm qoymuşdur. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Azərbaycanda illərdir sistemli şəkildə görülən işlər və aparılan siyasət milli iqtisadiyyatımızın davamlı yüksəlişini təmin edir, dünya təsərrüfat sisteminin iqtisadi reqlamentinin daxilən mənimsənilməsinə böyük təkan verir.
Şərqlə-Qərbin qovşağında yerləşən və əlverişli, unikal coğrafi mövqeyə malik olan ölkəmiz dünya iqtisadiyyatında baş vermiş proseslərdən kənarda qalmamış, malik olduğu böyük iqtisadi potensialı dünya ölkələrinin həmişə marağında olmuş və səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə zəmin yaratmışdır. Hər bir ölkə iqtisadiyyatının kompleks inkişafı məhsuldarlığın artması, istehsalın səmərəliliyinin yüksəldilməsi və güclü infrastrukturun olması ilə sıx bağlıdır. Dünya təcrübəsi göstərir ki, sərbəst bazar iqtisadiyyatı şəraitində istehsal və sosial infrastrukturların rolu və əhəmiyyəti daha da artmaqdadır.
Ölkəmiz Qafqaz regionunda strateji, geoiqtisadi, geosiyasi mövqeyinə görə ən əhəmiyyətli rola malikdir. İqtisadi potensialının düzgün istifadəsi nəticəsində qeyri-neft sektorunun prioritet sahə kimi qəbul edilərək bu sahədə prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar və təkmilləşmə işləri nəticə etibarı ilə Azərbaycan Respublikasını istər regional, istərsə də beynəlxalq səviyyədə inkişaf tempinin müsbət dinamikası ilə fərqlənən dövlətlərdən birinə çevirmişdir. Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Bu gün iqtisadi müasir rəqəmsal dünyanın tələblərinə cavab verən yüksək texnologiya və avadanlıqlarla təchiz edilmiş infrastrukturların ölkəmizdə yaradılması bir daha Azərbaycanın iqtisadi güc və potensialını regionda və həmçinin Dünya iqtisadi arenasında nümayiş etdirir və Ölkə iqtisadiyyatının gələcəkdə daha böyük uğurlara imza atacağından xəbər verir.

Sevinc Axundova,
Salyan rayon sakini, müəllim

SON XƏBƏRLƏR
Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
"Sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur"
Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub
Azərbaycan-NATO yaxınlığı kimlərdə QICIQ YARADIR?
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"
Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”
İbtidai sinif şagirdindən Makrona şok sual: - "Şillə necə idi?"
Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Petrosyan yol göstərdi: - ““Artsax” ideyasından imtina etmək lazımdır”
"Gitaranı passivləşməyə qoymuram" - Sərxan Sərxanla 69 yaşın müsahibəsi
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Naxçıvanın həbsdə olan sabiq təhsil naziri AZADLIĞA BURAXILIB
Masallıda atmosferi çirkəndirən avtomobillərin sürücüləri cərimələnib
“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”
Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR
“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - AÇIQLAMA
"Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb" - Erməni ekspert
Tərtər məhkəməsinin qarşısında arvadını öldürən şəxs müəllimdir, üç övladı var
Nazilə Səfərli saxlanılması xəbərindən danışdı: - "Xoşqədəmə minnətdaram"
"Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur"
Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq - Diqqət!
İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib
Qubada qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərə ağır cəza verildi - Cəmi 102 il
Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq - AÇIQLAMA