"Bu hadisə dünya mediası üçün də böyük itkidir" - Hikmət Hacıyev

Tarix:5-06-2021, 16:48 Baxış Sayı:13 Kateqoriya:gundem / cemiyyet

"Bu hadisə dünya mediası üçün də böyük itkidir" - Hikmət Hacıyev

"Onların gördüyü işlərin böyük bir dəyəri var. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyi onlar sənədləşdirirlər. Onlar işğaldan azad edilmiş əraziləri qarış-qarış, addım-addım, kəndbəkənd gəzirdilər. Bu işin dəyəri bu gün də, yüz ildən sonra üçün də vacibdir".

Bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəhid jurnalist Məhərrəm İbrahimovun vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

"Çünki onlar Azərbaycan xalqının salnaməsini yaradırdılar. AZƏRTAC və Azərbaycan Televiziyası tərəfindən ezamiyyətlərinin dəyişdirilməsi ilə bağlı müraciətlər olduğu təqdirdə geri qayıtmırdılar. Bu işi çox böyük əzmlə, rəşadətlə və həvəslə yerinə yetirirdilər. Amma onlar mənfur ermənilər tərəfindən bu xəyanətkar mina fəaliyyətinin qurbanı oldular. Allah onlara rəhmət eləsin. Bu, eyni zamanda Azərbaycan jurnalistikası və mediası üçün böyük itkidir. Bu müharibə dövründə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan mediasının və jurnalistlərinin rəşadətini gördük. Onlar ön cəbhədə idilər və ermənilərin vəhşiliyini lentə alaraq dünya ictimaiyyətinə çatdırırdılar. Qardaşlarımızın gördüyü işlər də bu prosesin tərkib hissəsi idi. Bu hadisə dünya mediası üçün də böyük itkidir. Ona görə də bütün beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu hadisə, bu vandalizm və bu vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır", - Prezidentin köməkçisi bildirib.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

SON XƏBƏRLƏR
Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
"Sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur"
Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub
Azərbaycan-NATO yaxınlığı kimlərdə QICIQ YARADIR?
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"
Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”
İbtidai sinif şagirdindən Makrona şok sual: - "Şillə necə idi?"
Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Petrosyan yol göstərdi: - ““Artsax” ideyasından imtina etmək lazımdır”
"Gitaranı passivləşməyə qoymuram" - Sərxan Sərxanla 69 yaşın müsahibəsi
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Naxçıvanın həbsdə olan sabiq təhsil naziri AZADLIĞA BURAXILIB
Masallıda atmosferi çirkəndirən avtomobillərin sürücüləri cərimələnib
“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”
Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR
“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - AÇIQLAMA
"Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb" - Erməni ekspert
Tərtər məhkəməsinin qarşısında arvadını öldürən şəxs müəllimdir, üç övladı var
Nazilə Səfərli saxlanılması xəbərindən danışdı: - "Xoşqədəmə minnətdaram"
"Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur"
Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq - Diqqət!
İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib
Qubada qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərə ağır cəza verildi - Cəmi 102 il
Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq - AÇIQLAMA