Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayır

Tarix:8-06-2021, 17:34 Baxış Sayı:19 Kateqoriya:gundem / cemiyyet

Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayır

Ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanına qeydiyyat başlayır

Dövlət İmtahan Mərkəzindən Milliirs.az-a verilən məlumata görə, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2021-ci il iyunun 1-dən 6-dək Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, 2021-ci il iyunun 8 – 9‑da "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2021-ci il iyunun 10‑dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılır.

Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və bakalavr tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil veriləcək);

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar. Tibbi maska taxmayan, həmçinin qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

SON XƏBƏRLƏR
Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
"Sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur"
Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub
Azərbaycan-NATO yaxınlığı kimlərdə QICIQ YARADIR?
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"
Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”
İbtidai sinif şagirdindən Makrona şok sual: - "Şillə necə idi?"
Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Petrosyan yol göstərdi: - ““Artsax” ideyasından imtina etmək lazımdır”
"Gitaranı passivləşməyə qoymuram" - Sərxan Sərxanla 69 yaşın müsahibəsi
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Naxçıvanın həbsdə olan sabiq təhsil naziri AZADLIĞA BURAXILIB
Masallıda atmosferi çirkəndirən avtomobillərin sürücüləri cərimələnib
“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”
Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR
“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - AÇIQLAMA
"Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb" - Erməni ekspert
Tərtər məhkəməsinin qarşısında arvadını öldürən şəxs müəllimdir, üç övladı var
Nazilə Səfərli saxlanılması xəbərindən danışdı: - "Xoşqədəmə minnətdaram"
"Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur"
Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq - Diqqət!
İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib
Qubada qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərə ağır cəza verildi - Cəmi 102 il
Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq - AÇIQLAMA