Balakəndə heroin alverçiləri saxlanıldı

Tarix:2-05-2021, 18:40 Baxış Sayı:18 Kateqoriya:gundem / cemiyyet

Balakəndə heroin alverçiləri saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə Nəsrəddin adlı şəxsin narkotik vasitə və psixotrop maddə satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən tədbirlər nəticəsində Balakən şəhər sakini Nəsrəddin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan müxtəlif kağız bükümlərdə satış məqsədilə üzərində gəzdirdiyi heroin, psixotrop maddə-metamfetamin və qurudulmuş marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat tədbiri nəticəsində isə əvvəllər dəfələrlə məhkum olunmuş Azər Abdullayevdən heroin və metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə ona psixotrop maddəni satan Qullar kənd sakini Maqomed Maqomedov da tutulub. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı üzərində narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli bilinən rayon sakini Ruslani Xəlilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

SON XƏBƏRLƏR
Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
"Sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur"
Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub
Azərbaycan-NATO yaxınlığı kimlərdə QICIQ YARADIR?
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"
Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”
İbtidai sinif şagirdindən Makrona şok sual: - "Şillə necə idi?"
Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Petrosyan yol göstərdi: - ““Artsax” ideyasından imtina etmək lazımdır”
"Gitaranı passivləşməyə qoymuram" - Sərxan Sərxanla 69 yaşın müsahibəsi
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Naxçıvanın həbsdə olan sabiq təhsil naziri AZADLIĞA BURAXILIB
Masallıda atmosferi çirkəndirən avtomobillərin sürücüləri cərimələnib
“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”
Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR
“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - AÇIQLAMA
"Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb" - Erməni ekspert
Tərtər məhkəməsinin qarşısında arvadını öldürən şəxs müəllimdir, üç övladı var
Nazilə Səfərli saxlanılması xəbərindən danışdı: - "Xoşqədəmə minnətdaram"
"Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur"
Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq - Diqqət!
İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib
Qubada qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərə ağır cəza verildi - Cəmi 102 il
Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq - AÇIQLAMA