Gürcüstan erməni təxribatının üstünə su səpir: - “Bu, bizim diplomatiyamızın zəifliyidir”

Tarix:2-05-2021, 08:21 Baxış Sayı:50 Kateqoriya:gundem / cemiyyet

Gürcüstan erməni təxribatının üstünə su səpir: - “Bu, bizim diplomatiyamızın zəifliyidir”


Avropa Şurasının yaz sessiyasında Ermənistan nümayəndə heyətinin Azərbaycanda saxlanılan diversantlarla bağlı məsələni gündəliyə çıxarması və Azərbaycan əleyhinə Gürcüstan deputatlarının səs verməsi Azərbaycan tərəfindən kəskin şəkildə pislənilib.

30 ildən çodur ki, əməkdaşlıq etdiyimiz, çətin vaxtlarında güzəştli şərtlərlə kredit verdiyimiz, tranzit ölkə kimi ən çox üstünlük verdiyimiz, enerji resursları ilə təmin etdiyimiz Gürcüstanın belə addım atması Azərbaycan üçün qəbuledilməzdir.

Gürcüstanın Azərbaycanın maraqlarını heçə sayması və işğalçını, onun terrorçusunu dəstəkləməsi, ərazisi işğal olan ölkə kimi onun öz mövqeyinə də uyğun gəlmir. Azərbaycan bundan sonra da regional layihələrdə Gürcüstanla əməkdaşlıq etməyə üstünlük verərkən, Gürcüstan hökumətinin bu uyğunsuz addımı Azərbaycan hökuməti tərəfindən qəti şəkildə pislənilir.

Maraqlıdır, Gürcüstan bu addımı niyə atır? Azərbaycan bundan sonra bu ölkə ilə münasibətlərini hansı formada davam etdirməlidir?

Mövzu ilə əlaqədar Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələ ilə əlaqədar bizim Avropa Şurasındakı nümayəndə heyəti Gürcüstanın nümayəndə heyəti ilə müzakirələr aparmalıdırlar:

"Gərək bu məsələlər Gürcüstan tərəfi ilə rəsmi şəkildə danışıla. Bizim Avropa Şurasındakı nümayəndə heyəti ilə Gürcüstan nümayəndə heyəti arasında danışıqlar olmalıdır. Təbii ki, sessiyadan öncə bizim nümayəndə heyəti Gürcüstan nümayəndə heyəti ilə söhbətlər aparmalıdır. Mənim bu sahədə təcrübəm var. Zamanında biz də danışıb belə məsələləri həll edirdik. Bizim nümayəndə heyəti gərək öncədən prafaktik tədbirlər görəydi. Amma hər halda bu mərhələdən sonra da danışıb problemin həllinə çalışmaq olar. Bəzən kəskin reaksiyalar olur. Amma mən müttəfiq münasibətlərin korlanmasının və Gürcüstanı Ermənistanın qucağına atmağın tərəfdarı deyiləm.

GUAM tərkibində də bizim ortaq mövqelərimiz vardı. Ona görə də belə məqamlarda qonşuluq siyasətində bir qonşunun yanlışından sonra belə, münasibətləri qaydasına salmaq lazımdır. Gürcüstan Prezidentinin Ağrı dağı məsələsində Ermənistanın maraqlarını təbliğ etməsi də anlaşılan deyil. Bu yanlış addımdır. Mən “Keşikçidağ” məsələsində də bildirmişdim ki, Gürcüstanla nə qədər müttəfiqlik münasibətlərimiz olsa da, onları bir çox məsələlərdən xəbərdar etmək lazımdır.

Onlara xatırlatmaq lazımdır ki, Rusiya ilə müharibə aparanda, orada yaşayan 600 mindən çox türk Gürcüstan hökumətinin yanında oldu. Amma ermənilər Axalkalakidə fərqli davranırdılar və Ermənistanda bir "Baqratyan" bataliyonu da gürcülərə qarşı döyüşürdü. Onlara xatırlatmaq lazımdır ki, biz Gürcüstanla əməkdaşlıq etmişik, transfer ölkə kimi bu ölkəyə üstünlük vermişik, onlara aşağı faizlə kredit vermişik və s.

Gürcüstanla danışmaq və öz siyasətində korrektə etməsini bildirmək lazımdır. Əks təqdirdə Azərbaycan Gürcüstanla bağlı siyasətinə baxmalı olacaq. Hesab etmirəm ki, gürcü deputatların ermənilərin mövqeyini müdafiə etməsi yalnız onların özlərinin mövqeyidir. Bu Gürcüstan hökumətinin mövqeyidir. Gürcüstan hökumətini buna sövq edəcək bir məqamın olduğunu da güman etmirəm. Hər halda belə bir addım atılmamalıydı. Gürcüstan hökumətini buna kim və ya nə vadar edirsə və ya bu yolla Azərbaycana təzyiq göstərib siyasi sahələrdə daha güzəştli şərtlərlə nələrisə əldə etməyə çalışırlarsa, bu doğru addım deyil. Hər halda biz Gürcüstandan rəsmi cavab almalıyıq və ilk növbədə də Avropa Şurasındakı diplomatik nümayəndə heyətimiz dövriyyəyə girməlidir".

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə deyib ki, Gürcüstanla bağlı siyasətimizə bir daha baxmalıyıq:

"Gürcüstanın ən çətin vaxtlarında Azərbaycan ona dəstək verib. Amma gürcülər öz maraqlarına uyğun mövqedən çıxış edirlər. Onların özündə belə Cavaxetiya problemi var. Ermənilər düşünürdülər ki, Qarabağı işğal etdikdən sonra Cavaxetiyanı ələ keçirsinlər.

Məlumdur ki, indiki Gürcüstan hökuməti Rusiyaya meyilli bir hökumətdir və Moskvanın maliyyəsi ilə formalaşıb. Gürcüstanla da ehtiyatlı olmalıyıq. Bütün hallarda biz qonşulardan güclüolmalıyıq ki, bizimlə hesablaşmağa məcbur olsunlar. Buna məcburuq. Hesab edirəm ki, Gürcüstandan rəsmi hesabat tələb edilməli və münasibətləri qoruyub saxlamalıyıq".

Mövzu ilə əlaqədar münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, Gürcüstanın yanlış mövqedən çıxış etməsi Azərbaycan diplomatiyasının yetərli dərəcədə işləmədiyini göstərir:

"Gürcüstanın Avropa Şurasında Ermənistanın leyhinə çıxış etməsi Azərbaycan diplomatiyasının, konkret desək, bizim diasporanın, Xarici İşlər Nazirliyinin, Avropa Şurasındakı nümayəndə heyətimizin "dişsizliyinin" nəticəsidir. Gürcüstana istər enerji resursları, istər maliyyə, istərsə də ərazi bütövlüyü ilə bağlı dəstək verməyimizə baxmayaraq, onların maraqlarına uyğun olmayan zaman bizim yanımızda olmadığını görürük.

“Keşikçidağ” problemində də bunu gördük. Gürcüstan yanlış edir və biz də bunu nəzərə almalıyıq. Azərbaycan Gürcüstanla münasibətlərini artıq bu kontekstdə dəyərləndirməlidir. Gürcüstan da anlamalıdır ki, istənilən beynəlxalq təşkilatda və ya Azərbaycanın maraqlarına uyğun gəlməyən addım atdıqda, bunun iqtisadi-siyasi zərərini görəcək. Yəni bunun qarşılıqlı olacağını anlamalıdır. Hesab edirəm ki, Gürcüstanın bu addımına Azərbaycan diplomatiyası və hökuməti adekvat addım atmalıdır. Buna siyasətdə güzgü effekti deyirlər".

Partiya sədri hesab edir ki, ən azında Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağrılıb nota verilməlidir:

Hesab edirəm ki, ən doğru variant Gürcüstana adekvat cavab verməkdir. Ən azından Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb nota verilməlidir. Yaxud

Gürcüstana bir müddət qaz verilişi dayandırıla, güzəştlər ləğv edilə bilər ki, onlar belə addım atan zaman bədəl ödəyəcəklərini anlasınlar. Bizim diaspora komitəsi və Xarici İşlər Nazirliyi, eləcə də Avropa Şurasındakı nümayəndə heyətimiz doğru çalışmayıblar.

Nümayəndə heyətinin tərkibini də doğru namizədlərdən seçməliyik, yalnız xarici dil bilənlərdən deyil. Ola bilər ki, ölkə başçısı tərəfindən də Gürcüstan hökumətinə İrad bildirilə bilər və izah olunar ki, Azərbaycanla münasibət daha sərfəlidir. Bir daha deyirəm ki, bu ilk növbədə bizim diplomatiyamızın zəifliyidir".

SON XƏBƏRLƏR
Yevlaxda Şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ