Gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri müzakirə edilib

Tarix:19-03-2021, 13:34 Baxış Sayı:43 Kateqoriya:gundem / cemiyyet

Gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri müzakirə edilib


Martın 18-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi və şura sədri, eyni zamanda şuranın sədr müavinlərinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.

Görüş ÜGT-nin Siyasi Komissiyasının və Şurasının iclaslarının nəticələrinə əsasən həyata keçirilən fəaliyyətlərin davam etdirilməsi üçün növbəti tədbirlərin planlaşdırılması, xüsusilə də iş metodlarının və prioritetlərin müəyyənləşdirilməsi məqsədilə keçirilib.

İclasda çıxış edən ÜGT-nin Baş katibi Kunio Mikuriya COVİD-19 pandemiyasının dünyada yaratdığı mürəkkəb şəraitdən danışıb, pandemiya zamanı gömrük orqanlarının oynadığı əhəmiyyətli rolun fonunda fəaliyyətlərin fasiləsizliyinin təmin etdirilməsi məsələlərinə diqqət çəkib, gömrük orqanlarının gələcək fəaliyyətinin prioritetləri barədə fikirlərini bölüşüb.
Bildirilib ki, ÜGT-nin müvafiq strukturları fəaliyyətlərini virtual formatda həyata keçirir, prioritetlər də mövcud fəaliyyətə uyğunlaşdırılır. Baş katib COVİD-19 pandemiyası ilə bağlı vaksinlərin daşınması və təhlükəsizliyi məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

ÜGT-nin Şura sədri Əhməd Əl Xəlifə çıxış edərək müzakirələrin səmərəli keçəcəyinə əminliyini bildirib, pandemiyanın yaratdığı çətinliklərdən, fəaliyyətin pandemiyaya uyğunlaşdırılmasından, təşkilatın maliyyələşməsi məsələlərindən danışıb. O da qeyd olunub ki, pandemiya şəraitində onlayn ticarətin həcmi artıb və buda gömrük orqanlarının iş yükünü artıran amillərdəndir.

Görüşdə çıxış edən digər iştirakçılar pandemiyanın yaratdığı çətin şəraitdə gömrük orqanlarının fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa Regionu üzrə sədr müavini Səfər Mehdiyev gələcək fəaliyyətin səmərəli şəkildə qurulması, pandemiyanın yaratdığı çətinliklərə uyğunlaşdırılması istiqamətində fikirlərini dilə gətirib.

Komitə sədri hazırda Avropa regionunda peyvəndləmə prosesinin sürətlə həyata keçirildiyini, Azərbaycanda da bu istiqamətdə xüsusi tədbirlərin reallaşdırıldığını bildirib.Görüşdə, həmçinin ÜGT-nin 2021/2022-ci illər üçün iclasların təqvimi, prioritetlərin müəyyən edilməsi və iş metodları barədə məsələlər də müzakirə edilib.

SON XƏBƏRLƏR
Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
"Sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur"
Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub
Azərbaycan-NATO yaxınlığı kimlərdə QICIQ YARADIR?
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"
Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”
İbtidai sinif şagirdindən Makrona şok sual: - "Şillə necə idi?"
Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Petrosyan yol göstərdi: - ““Artsax” ideyasından imtina etmək lazımdır”
"Gitaranı passivləşməyə qoymuram" - Sərxan Sərxanla 69 yaşın müsahibəsi
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Naxçıvanın həbsdə olan sabiq təhsil naziri AZADLIĞA BURAXILIB
Masallıda atmosferi çirkəndirən avtomobillərin sürücüləri cərimələnib
“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”
Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR
“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - AÇIQLAMA
"Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb" - Erməni ekspert
Tərtər məhkəməsinin qarşısında arvadını öldürən şəxs müəllimdir, üç övladı var
Nazilə Səfərli saxlanılması xəbərindən danışdı: - "Xoşqədəmə minnətdaram"
"Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur"
Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq - Diqqət!
İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib
Qubada qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərə ağır cəza verildi - Cəmi 102 il
Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq - AÇIQLAMA