10 noyabr razılaşmasına bənd-bənd əməl olunacaq - TƏHLİL

Tarix:19-03-2021, 13:15 Baxış Sayı:65 Kateqoriya:gundem / musahibe

10 noyabr razılaşmasına bənd-bənd əməl olunacaq - TƏHLİL

Ermənistan tərəfinin bütün qeyri-konstruktiv yanaşmasına, düşmən ölkədən səslənən revanşist düşüncələrə baxmayaraq, 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında yer alan müddəalar tədricən icra olunmaqdadır. Bir neçə gün əvvəl Azərbaycan və Ermənistana səfər etmiş ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici işlər naziri Ann Linde də vurğulayıb ki, Qarabağla bağlı üçtərəfli bəyanatın həyata keçirilməsi münaqişənin birdəfəlik həlli üçün əsas yaradır. Sədrin sözlərinə görə, təşkilat üçtərəfli bəyanatın imzalanmasından sonra bölgədə dəyişən vəziyyəti yaxından izləyir. Ancaq Linde hesab edir ki, bir sıra məsələlər hələ tam həll olunmayıb, bu baxımdan beynəlxalq ictimaiyyət öz üzərinə düşən rolu oynamalıdır. Həmçinin əlavə edib ki, beynəlxalq təşkilatların nümayəndələrinin münaqişə bölgəsinə sərbəst girişinin təmin edilməsi vacibdir.
Məlum olduğu kimi, ATƏT sədri martın 15-də Bakıda, martın 16-da isə Ermənistanda səfərdə olub. Sədr Bakıda olarkən öncə Prezident İlham Əliyev, daha sonra Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Dövlət başçısı bir daha münaqişənin artıq həll edildiyini və bundan sonra gələcəyə baxmaq lazım olduğunu söyləyib: “ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəf səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”.
Xarici işlər naziri Ceyhun Bayramov da bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə qonağa ətraflı məlumat verib. Vurğulayıb ki, Ermənistan üçtərəfli bəyanatın müddəalarına zidd davranış sərgiləyir. O cümlədən, Azərbaycan ərazilərinə terrorçu qruplar göndərir”.
Ermənistan Xarici işlər naziri Ara Ayvazyan isə ATƏT sədri Ann Linde ilə görüşü zamanı deyib ki, Yerevan 10 noyabr üçtərəfli atəşkəs razılaşmasına “aralıq həll” kimi baxır. Onun sözlərinə görə, Ermənistan inanır ki, Dağlıq Qarabağ münaqişəsinin yekun siyasi həlli yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlarda müzakirə olunmalıdır: “Sənəddə sülh yoluyla həllə dair bəzi müddəalar olsa da, əsas elementləri əhatələmir. Onların içində ən vacib məsələ Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna söykənən statusudur”. Ayvazyan əlavə edib ki, münaqişənin yekun siyasi həlli yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində mümkündür.
Baş nazir Nikol Paşinyan da Linde ilə görüşündə bənzər ifadələr səsləndirib. O da bildirib ki, “Qarabağ münaqişəsi”nin həlli yalnız Minsk qrupu həmsədrliyi çərçivəsində mümkündür”. O, Minsk qrupunun “sülh prosesinin bərpası və problemin hərtərəfli həlli” yönündə fəaliyyətinin “vacibliyindən” danışıb. Paşinyana görə, yalnız konstruktiv səylərlə bölgədə uzunmüddətli sülh və sabitlik mümkündür. Baş nazirin fikrincə, guya, rəsmi Bakının “davam edən aqressiv və destruktiv bəyanatları” buna heç cür kömək etmir.
Bakı və Yerevanın rəsmi açıqlamaları arasında təzad açıqca görünür. Azərbaycan sülhə və iqtisadi əməkdaşlığa, Ermənistan isə revanşa və yeni bir müharibəyə çağırış edir.
Ermənistanın revanşist və pozucu açıqlamalarına Rusiyadan da reaksiyalar gəlir. Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov hesab edir ki, Ermənistandakı qeyri-müəyyənlik və daxili siyasi təlatümlər Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanatların icrasını ləngidə və bu mənada onların effektivliyinə təsir edə bilər. Lakin Ermənistanda kim hakimiyyətdə olur-olsun, nə qədər revanşist çağırışlar edilir-edilsin, Qarabağla bağlı razılaşmanı yerinə yetirməli olacaqlar: “Revanş senarisini həyata keçirmək cəhdi axmaqlıqdır”.
Rusiyalı tarixçi Dmitri Verxoturov da deyib ki, əgər kimsə müqavilənin şərtlərinə yenidən baxmaq niyyətindədirsə və bununla “torpaqlarını artırmaq” istəyirsə, bunun ancaq silahlı yolla baş verəcəyini bilməlidir. Onun sözlərinə görə, razılaşmalar əsasında ərsəyə gələn bu müqaviləni rədd etmək müharibəyə başlamaq deməkdir. Hərbi hadisələri isə proqnozlaşdırmaq çətindir. Bu, gözlənilən nəticəni verməyə bilər: “Müqaviləyə imza atan tərəflər Rusiya və Türkiyədir. Müqavilə Naxçıvanın taleyini də müəyyən etdi. Bəli, bu, kifayət qədər qəribə haldır ki, Rusiya və Türkiyə Azərbaycanın sərhədlərini müəyyən etmək barədə razılığa gəliblər, amma bunun tarixi səbəbləri var idi. Bildiyimə görə, bu müqavilənin dəyişdirilməsi təşəbbüsləri Rusiyanın maraqlarına uyğun deyil”.
Ermənistan Respublikaçılar Partiyasının üzvü, millət vəkili Artak Qriqoryan da bəyan edib ki, Ermənistanın hazırkı rəhbərliyi ölkədə heç nəyi həll etmir. Qriqoryanın qənaətincə, kimsə gələcəkdə Ermənistanın başına nə gələcəyini dəqiq bilmək istəyirsə, ən doğru yol Azərbaycan Prezidenti İlham Əliyevdən soruşması olar. Çünki o, həqiqəti söyləyəcək: “Əgər biz Ermənistanda nəyin necə və nə cür baş verəcəyini başa düşmək istəyiriksə, İlham Əliyevi dinləməliyik. Onun dediklərinin hamısı gec-tez Ermənistanda baş verir. Yaxın zamanda Ermənistan üzrə senarilərin reallaşma dalğasının şahidi olacağıq. Bunlar Zəngəzurla, müxtəlif dəhlizlərlə, eləcə də dövlət sərhədləri ilə bağlı məsələlərdir”.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, Dağlıq Qarabağda daha geniş regional əməkdaşlıq üçün şans var: “İndi daha geniş regional əməkdaşlıq mümkündür. Biz buna inanırıq və bunun üçün çalışırıq. İran, Azərbaycan və Gürcüstanla əməkdaşlıq regionda stabillik və çiçəklənməyə öz töhfəsini verməkdədir. Ermənistan da bu əməkdaşlığa qoşulmalı, proseslərə öz töhfəsini verməlidir”.

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov “Şərq”ə bildirib ki, Ermənistan ağır məğlubiyyət yaşadığı halda hələ də torpaqların “itkisi” ilə barışmaq istəmir. Ekspertin sözlərinə görə, 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın icrasına mane olmaq üçün müxtəlif təxribatlar törətmək, müddəaların reallaşmasını mümkün qədər yubatmaq Yerevan hökumətinin əsas məqsədidir:

“ATƏT sədri Ann Lindenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü zamanı rəsmi Bakının qəti mövqeyi bir daha xanım sədrin diqqətinə çatdırıldı. Qurum sədrinin həm Prezidentlə, həm də XİN rəhbəri Ceyhun Bayramovla görüşündə “Minsk qrupunun həmsədrləri” sözlərinin işlənməsinin şahidi olmadıq. Əvəzində vurğulandı ki, ATƏT daha fəal olmalıdır. Bu o deməkdir ki, Azərbaycan tərəfi ATƏT-in bir Avropa təşkilatı kimi Qarabağ məsələsində iştirakına imkan yaradır. Ancaq üçtərəfli razılaşmanın bəzi müddəalarının Ermənistan tərəfindən kobud surətdə pozulması bölgədəki vəziyyətin yenidən gərginləşməsinə gətirib çıxara bilər. Xankəndindəki erməni separatçıları və Yerevan hökuməti birmənalı dərk etməlidir ki, üçtərəfli anlaşma Ermənistanın kapitulyasiyasıdır. Ermənistan bu sənədə imza atmaqla eyni zamanda təslimçi sülh sazişini də imzalamış sayılır. İndiki halda Rusiya sülhməramlılarının arxasına gizlənən ermənilər qeyri-konstruktivliklərini nümayiş etdirməməli, Azərbaycanın səbriylə oynamamalıdırlar. Proses belə davam edərsə, anti-terror əməliyyatlarını başlatmalı olacağıq. O baxımdan, rəsmi Bakının bütün xəbərdarlıqlarına ciddi yanaşmaq, qulaqardına vurmamaq lazımdır. Ermənilər unutmasınlar ki, xəbərdarlıqlara məhəl qoymamağın nəticəsi 44 günlük müharibə və ağır məğlubiyyət oldu. İkinci müharibə Ermənistan üçün real ölüm deməkdir”.

Analitikin qənatincə, Qarabağ ətrafında baş verənlər Ermənistandan daha çox Rusiya-Azərbaycan və Rusiya-Türkiyə dialoqlarındakı müzakirələrdən asılıdır:

“Xankəndində yaşananlar və ermənilərin vəziyyəti birbaşa Rusiya tərəfindən koordinasiya olunur. Bugünədək Yerevan Moskvadan asılı idisə, bundan sonra Ermənistan Rusiyanın vilayəti rolunda çıxış edəcək. Erməni siyasətçilərinin, radikal müxalifətin nəyi istəməsindən, mənasız etirazlarından asılı olmayaraq, vəziyyət dəyişməz olaraq qalır və qalacaq. Ümumiyyətlə, Rusiyanın müdaxiləsi olmazsa, Ermənistanda heç nə baş verməyəcək. Düşmən ölkə ordusunun dirçəlməsi, modernləşməsi, yeni silahlarla təchiz olunması ancaq Rusiya tərəfindən həyata keçirilə bilər. Bir məqamı xatırladım ki, Rusiyanın “İsgəndər” tipli raketlərinin Ermənistana verilməsindən sonra erməni generalları “ruhlanaraq” Azərbaycanla təhdid dilində danışmağa başladılar. Yenidən bu cür hadisələrə rəvac verməmək Kremlin maraqlarına cavab verir. Nəzərə alaq ki, regionun geosiyasi və iqtisadi sistemi tamamilə dəyişib. Yeni reallıqlar formalaşıb. Türkiyə faktoru ilə həm Qərb aləmi, həm də Rusiya ciddi hesablaşır. Hazırda regionda normal əməkdaşlıq və qonşuluq siyasətinə qarşı çıxan yeganə ölkə Ermənistandır. Halbuki, bölgədə sabitlik ilk növbədə Moskvanın mənafeyinə tam uyğundur. Çünki Qərb ölkələri çalışır ki, Rusiyanın qərb sərhədlərində qeyri-sabitlik və xaos şiddətlənsin. Rusiyadakı siyasi dairələr yaxşı başa düşürlər ki, Cənubi Qafqazın stabil və təhlükəsiz bölgə olması ilk növbədə Kremlin özü üçün vacibdir. Bölgədə normal qonşuluq münasibətlərinin və regional sabitliyin formalaşması birbaşa üçtərəfli sazişin şərtlərinin icrasından asılıdır”.

SON XƏBƏRLƏR
Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
"Sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur"
Qazi adından istifadə edərən şəxs neft ərazisini zəbt edib - VİDEO
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub
Azərbaycan-NATO yaxınlığı kimlərdə QICIQ YARADIR?
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"
Türkiyə hərbi bazalarına Kremldən mümkün cavab: - “Siyasi təzyiq, deportasiya, separatçıların fəallaşması...”
İbtidai sinif şagirdindən Makrona şok sual: - "Şillə necə idi?"
Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Antonio Quterriş yenidən BMT-nin Baş katibi təyin olunub
Petrosyan yol göstərdi: - ““Artsax” ideyasından imtina etmək lazımdır”
"Gitaranı passivləşməyə qoymuram" - Sərxan Sərxanla 69 yaşın müsahibəsi
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Naxçıvanın həbsdə olan sabiq təhsil naziri AZADLIĞA BURAXILIB
Masallıda atmosferi çirkəndirən avtomobillərin sürücüləri cərimələnib
“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”
Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR
“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - AÇIQLAMA
"Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb" - Erməni ekspert
Tərtər məhkəməsinin qarşısında arvadını öldürən şəxs müəllimdir, üç övladı var
Nazilə Səfərli saxlanılması xəbərindən danışdı: - "Xoşqədəmə minnətdaram"
"Paşinyanın, həm də Levon Ter-Petrosyanın tərəfdarları arasında regional əməkdaşlığa meyil edənlər çoxdur"
Bəzi qaraciyər, bağırsaq, qida borusu xəstəlikləri zamanı əlillik müddətsiz təyin olunacaq - Diqqət!
İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib
"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib
Qubada qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərə ağır cəza verildi - Cəmi 102 il
Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq - AÇIQLAMA