27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda konfrans keçirildi

Tarix:27-04-2017, 17:02 Baxış Sayı:257 Kateqoriya:gundem

27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda konfrans keçirildi


Xətai rayonu 249 saylı orta məktəbin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nizami Bayramov konfransı açaraq qeyd etmişdir ki, Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci il “İslam həmrəyliyi ili” elan edilmişdir. Məlumdur ki, indiki şəriatdə Yaxın Şərq ölkələrində baş verən məzhəb savaşları, vətəndaş müharibələri və bunun nəticəsində yaranmış müəyyən sosial-siyasi gərginlik göstərir ki, müsəlman ölkələrinin mənəvi həmrəyliyə daha çox ehtiyacı vardır. Məhz Prezidentin yuxarıda adı çəkilən sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir.


27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda konfrans keçirildi

Prezidentin sərəncamında deyilir: “Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır”.

27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda konfrans keçirildi

Azərbaycan Prezidentinin bu humanist təşəbbüsü dünyada müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə və İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinə rəvac verəcəkdir. İslam həmrəyliyinin möhkəmləndirilməsi də öz növbəsində Yaxın Şərqdə və digər bölgələrdə əmin-amanlığın və sülhün təmin olunmasında mühüm rol oynayacaqdır.

27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda konfrans keçirildi

Konfransda əsas məruzəçi kimi çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov öz məruzəsində Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışını Ulu öndər Heydər Əliyevin hələ 90-cı illərin əvvəllərində (1993) irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmişdir. Sakit Hüseynov bildirmişdir ki, hələ 90-ci illərin əvvəllərində Ulu öndər uzaqgörənliklə ölkəmizin inkişafı naminə bütün vətəndaşlarımızın həmrəyliyinə nail olmaq, vətənimizi erməni düşmənlərindən xilas etmək, ordumuzun möhkəmlənməsi və müdafiə qüdrətinin artması üçün bütün Azərbaycan xalqına İslam dini ətrafında birləşməyi tövsiyyə etmişdir.


27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda konfrans keçirildi

Sakit Hüseynov bildirmişdir ki, İslam dininin əmin-amanlıq və sülh xarakteri daşıdığını və bu xoş məramın dindarlar tərəfindən insanlar arasında təbliğ olunmasını zəruri hesab edən Heydər Əliyev İslam dininin sülh dini, əmin-amanlıq dini, birgəyaşayış dini olduğunu öz çıxışlarında vurğulamış, dövlətlərarası münaqişə və müharibələrin əsasən siyasi-etnik xarakter daşıdığını qeyd etmişdir.

27 aprel 2017-ci il tarixində Bakı şəhəri Xətai rayonu 249 saylı orta məktəbdə “Heydər Əliyev və İslam həmrəyliyi ideyası” mövzusunda konfrans keçirildi

Yekunda məruzəçi Ulu öndər Heydər Əliyevin böyük siyasətçi olduğunu, onun İslam həmrəyliyi ilə bağlı yüksək ideyalarını dəyərləndirən beynəlxalq təşkilatların nümayəndələrinin fikrini də şərh etmişdir. Məsələn, İslam Konfransı Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlunun Heydər Əliyevin din siyasəti haqqındakı dediyi fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd etmişdir ki, “...Heydər Əliyevin din siyasətinə müasir dünya üçün mühüm bir nöqteyi-nəzərlə belə bir tərif vermək istəyirəm: bu siyasət dinlərə sadiq qalan qlobal perspektivli bir siyasətdir. Bu səbəbə görə, XX əsrin sonlarındakı nümunəvi fikirləri və ideyaları ilə ölkəsinin XXI əsr millətlərarası siyasətinə faydalı yollar göstərən böyük lider Heydər Əliyevi bir daha rəhmət və hörmətlə yad edirəm”.
Bundan sonra məruzəçilərdən fəlsəfə üzrə fəlsəfə doktorları, Şölət Zeynalov və Gündüz Süleymanov İslam həmrəyliyi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini şərh edərək dinlərarası və mədəniyyətlərarası dialoqun İslam həmrəyliyindəki rolunu yüksək qiymətləndirmişlər.
Ümumiyyətlə, İslam həmrəyliy ilə bağlı konfrans məktəbin müəllim və şagirdlərinin böyük marağına səbəb olmuşdur. Onlar məruzəçilərə müxtəlif suallar vermiş və bu suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.

Konfransda “Milli-İrs” elmi-populyar jurnalının şöbə müdiri Qənifə Məmmədova, jurnalın əməkdaşı Taleh Qədirov, BDU-nun coğrafiya müəllimi Nazim Vəlişov və Qarabağ müharibəsi veteranı, isehfada olan polis polkovniki Vahid Bayramov iştirak etmişdir. Onlar da İslam həmrəyliyi, multikulturalizm və tolerantlıqla bağlı öz fikirlərini bildirmişlər.
Konfransın sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Azərbaycan tolerantlıq örnəyidir” adlı sənədli film nümayiş etdirilmişdir.

"Milli İrs"

SON XƏBƏRLƏR
ADU-nun rektoru Perunun Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Sofiyada “Dostluğun sehri” II beynəlxalq uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Mənim yay tətilim-2018”in birinci yekun sərgisi açılıb
Üzeyir Hacıbəylinin yaradıcılığı rəssamların gözü ilə...
"Ona"- Pərvin Abışova
Müşfiqi onlar satdı - Adbaad siyahı
Ermənilər yeni ərazi iddiasındadırlar
Məhkəmə baş redaktoru 40 min manat məbləğində cərimələyib: O, həbs edilə bilər
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə görüşüb
"YouTube"da rekord qıran azərbaycanlı müğənni Türkiyəyə gedib: "Sürpriz olacaq"
Prezident sazişi TƏSDİQLƏDİ
Kamal Abdulla “British Council” təşkilatının rəhbəri ilə görüşüb
Dillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib
Kamal Abdulla Çexiyanın təhsil, gənclər və idman nazirinin müavini ilə görüşüb
"Xərçəng xəstəliyini" öz əllərimizlə alırıq - Paltar alarkən etiketinə diqqət edin!
3 yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi
Məleykə Əsədova Amaliya Pənahovadan danışdı
Dillər Universitetində “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı keçirilib
Meksikalı aktyorlar ADU-nun tələbələri ilə görüşüb
ADU-da Dövlət Bayrağı Günü qeyd olunub
Mübariz İbrahimovun anası dünyasını dəyişib? - FOTO
DİN-dən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
İlham Əliyev yeni mərkəzin açılışında
Azərbaycan xalqı Milli konstitusiya gününü qeyd edir
Kamal Abdulla Çexiyanın təhsil, gənclər və idman nazirinin müavini ilə görüşüb
Meksikalı aktyorlar ADU-nun tələbələri ilə görüşüb
ADU-da Xalq Cümhuriyyətinə həsr olunan dəyirmi masa keçirilib
Qar yağacaq, havanın temperaturu aşağı enəcək - XƏBƏRDARLIQ
Leyla Əliyeva kitab təqdimatında - FOTOLAR