“Paşinyan bacarıqsız rəqqas, Əliyev isə peşəkar prezidentdir” - İsrail diplomatı

Tarix:15-11-2020, 18:45 Baxış Sayı:49 Kateqoriya:gundem / cemiyyet

“Paşinyan bacarıqsız rəqqas, Əliyev isə peşəkar prezidentdir” - İsrail diplomatı
[u][/u]

Hazırki geosiyasi vəziyyətə baxanda aydın olur ki, ikinci Qarabağ müharibəsinin mütləq qalibi Azərbaycan və Azərbaycan Prezidentidir.
Bu fikirləri İsrail diplomatı, “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi YouTube-da yayımlanan “Solovyov life” verilişində söyləyib.

O deyib ki, Azərbaycan Prezidenti bütün məqsədlərinə çatıb, ermənilərin işğalı altında olan torpaqları azad edib. Y.Kedminin fikrincə, növbəti danışıqlarda Dağlıq Qarabağın statusu Ermənistanın xeyrinə dəyişməyəcək. “Boşboğaz və məsuliyyətsiz ermənilərin indiki rüsvayçı məğlubiyyətdən əvvəl Azərbaycanla razılığa gəlmək və Ermənistan sərhədlərində qalmaq imkanı var idi”, - deyə o vurğulayıb.

Aparıcı Vladimir Solovyov həmsöhbətini dəstəkləyərək Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyanla bilavasitə qarşıdurmada mütləq qalib olduğunu etiraf edib: “O, Paşinyanı məhv etdi. Paşinyan naməlum səbəbdən Şuşada rəqslər təşkil etmiş bacarıqsız rəqqas, Əliyev isə peşəkar prezidentdir”.

Y.Kelmi qeyd edib ki, Azərbaycan Prezidentini həm təhsilinə, həm təcrübəsinə, həm də dövlətçilik təfəkkürünə görə Paşinyanla müqayisə etmək olmaz. İsrail güc strukturlarının sabiq nümayəndəsi deyib: “Əliyev Azərbaycan tarixində hələ heç kimin etmədiyini etdi. O, öz qüvvəsi ilə Azərbaycanın milli problemlərindən birini həll etdi, Azərbaycanı həm beynəlxalq, həm də milli baxımdan möhkəmləndirdi. O təsdiq etdi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir”.

Dağlıq Qarabağda ermənilərə qarşı Azərbaycan ordusunun tərkibində əcnəbilərin vuruşduğunu iddia edənlərə cavabında Y.Kelmi sual edib: “Siz bir türk əsgərinin və ya suriyalının cəsədini tapmışınız? Bir nəfər də olsun qeyri-azərbaycanlının meyitini tapmışınız?”. V.Solovyovun “üç suriyalı əsir dindirilib” iddiasına cavab olaraq o, “üç suriyalı ermənilərə qalib gəlib?” sualını verib və deyib: “Azərbaycan ordusu qalib gəlib, çünki onun döyüş qabiliyyəti, ciddi əməliyyatlar həyata keçirmək bacarığı yüksək səviyyədə idi”. (AzərTAc)

SON XƏBƏRLƏR
“Polad Həşimova yazdığım şeiri təqdim edəndə... bəstəkar dedi ki, mənə hay-küylü mahnı mətni lazımdı”
“İmkan verin qəhrəmanlarımızı “instagram”, “tik-tok”la yox, böyük filmlər vasitəsilə xalqa tanıdaq”
“Bizim qanunlarla yaşamaq istəmirlərsə, İrəvana qayıda bilərlər” - deputat
“Əsgərlərimiz gözünü, qolunu, ayağını itirir, yenə də Vətən sağ olsun deyirlər”
“Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır” - Həkim-reanimatoloq
Sükut dəqiqəsi
Ədalətin təntənəsi
Mehri dəhlizi Bakı-Qars layihəsinə necə təsir edəcək? - ŞƏRH
Sahil Babayev bu məsələyə müdaxilə etməzsə... - Ümumiyyətlə, edə bilərmi?
Dərsliklərə tətbiq ediləcək Sinqapur modeli nədir? - VİDEO
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
Xalqın səbirsizliklə gözlədiyi Qələbə paradında nələri izləyəcəyik? - Hərbi ekspert AÇIQLADI
Brifinqdə Türkiyə türkcəsində danışan professor kimdir? – VİDEO + DOSYE
“Müharibə proseslərin “rəng”ini dəyişdi” - ekspert
Şabranda qaydaları pozaraq yaşadıqları evi tərk edən COVİD-19 xəstələri - FOTO
“BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir” - Rusiya səfiri
Göyçay və Zərdabdan olan COVİD-19 xəstələri Mingəçevirdə karantin postunda saxlanılıblar
"Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvanla birləşir - Azərbaycan Türkiyə ilə birləşir"
"44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək" - İlham Əliyev
İranın qazancları əlindən çıxır - Molla rejiminin ƏNDİŞƏSİ...
"Koronavirusa yoluxan ailə evdə çürüməlidir?" narazılığına - Rəsmi REAKSİYA
“Onlar “Böyük Ermənistan“ı yuxuda görərlər“ - Əməkdar artist
Əsgərlərimizin dəhşətə gətirən əməli… - Ermənilər danışdı
Fateh Sərkərdə,tarixi Qələbə!
Qarabağ Azərbaycandır!
Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilər minalardan təmizlənir
"AXCP və “Milli Şura” inadla siyasi dialoqdan yayınıb" - PA-nın şöbə müdiri
Putinin şəxsi mühafizəçisi Kremldə intihar etdi
"Fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm" - QALMAQAL
"Ağdamda Əbülfəz Elçibəy kimi oynadım" - Aqil Abbas