Eldar Əzizovdan İrəvan merinə CAVAB

Tarix:4-11-2020, 13:28 Baxış Sayı:26 Kateqoriya:gundem / cemiyyet

Eldar Əzizovdan İrəvan merinə CAVAB

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İrəvan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratması haqqında məlumata münasibət bildirib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mediaya açıqlamasında deyib.

E.Əzizov buna heç də təəccüblənmədiyini söyləyib:

“Ermənistanda vəziyyət o həddə çatıb ki, cəbhəyə uşaq və qadınları göndərirlər. İndi də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ bu harasıdır? Bütün baş verənlər Ermənistanın ağır iqtisadi durumda olduğunu, ön və arxa cəbhədə acınacaqlı vəziyyətin yarandığını göstərir. Əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa, demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür.

Bu gün Ermənistanda “kovid dezertir” termini də yaranıb. Belə ki, çağırışçılar COVID-19 xəstələri olmaları haqqında saxta arayışlar əldə edərək, orduya getməkdən yayınırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Səfərbərlik məsələsi ilə səfərbərlik xidməti məşğuldur, hər hansı silahlı dəstələrə ehtiyac yoxdur.

Xalq öz liderinə böyük inam və yüksək vətənpərvərlik ruhu nümayiş etdirir. Ötən illər ərzində cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda dövlətin səmərəli iqtisadi inkişaf modeli formalaşıb. Bu gün bizim güclü iqtisadiyyatımız və müasir ordumuz var. Bütün bunlar aparılmış düzgün siyasətin və idarəetmənin nəticəsidir.

Buna görə də şəhər icra hakimiyyəti tərəfindən hər hansı dəstələrin yaradılmasına ehtiyac yoxdur. Bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bu gün Azərbaycanla və onun dünyanın ictimai-siyasi sistemində tutduğu yerlə sözün əsl mənasında fəxr edə bilərik. Bu tarixdə şəxsiyyətin rolunu bir daha nümayiş etdirən böyük tarixi nailiyyətdir”.

SON XƏBƏRLƏR
“Polad Həşimova yazdığım şeiri təqdim edəndə... bəstəkar dedi ki, mənə hay-küylü mahnı mətni lazımdı”
“İmkan verin qəhrəmanlarımızı “instagram”, “tik-tok”la yox, böyük filmlər vasitəsilə xalqa tanıdaq”
“Bizim qanunlarla yaşamaq istəmirlərsə, İrəvana qayıda bilərlər” - deputat
“Əsgərlərimiz gözünü, qolunu, ayağını itirir, yenə də Vətən sağ olsun deyirlər”
“Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır” - Həkim-reanimatoloq
Sükut dəqiqəsi
Ədalətin təntənəsi
Mehri dəhlizi Bakı-Qars layihəsinə necə təsir edəcək? - ŞƏRH
Sahil Babayev bu məsələyə müdaxilə etməzsə... - Ümumiyyətlə, edə bilərmi?
Dərsliklərə tətbiq ediləcək Sinqapur modeli nədir? - VİDEO
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
Xalqın səbirsizliklə gözlədiyi Qələbə paradında nələri izləyəcəyik? - Hərbi ekspert AÇIQLADI
Brifinqdə Türkiyə türkcəsində danışan professor kimdir? – VİDEO + DOSYE
“Müharibə proseslərin “rəng”ini dəyişdi” - ekspert
Şabranda qaydaları pozaraq yaşadıqları evi tərk edən COVİD-19 xəstələri - FOTO
“BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir” - Rusiya səfiri
Göyçay və Zərdabdan olan COVİD-19 xəstələri Mingəçevirdə karantin postunda saxlanılıblar
"Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvanla birləşir - Azərbaycan Türkiyə ilə birləşir"
"44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək" - İlham Əliyev
İranın qazancları əlindən çıxır - Molla rejiminin ƏNDİŞƏSİ...
"Koronavirusa yoluxan ailə evdə çürüməlidir?" narazılığına - Rəsmi REAKSİYA
“Onlar “Böyük Ermənistan“ı yuxuda görərlər“ - Əməkdar artist
Əsgərlərimizin dəhşətə gətirən əməli… - Ermənilər danışdı
Fateh Sərkərdə,tarixi Qələbə!
Qarabağ Azərbaycandır!
Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilər minalardan təmizlənir
"AXCP və “Milli Şura” inadla siyasi dialoqdan yayınıb" - PA-nın şöbə müdiri
Putinin şəxsi mühafizəçisi Kremldə intihar etdi
"Fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm" - QALMAQAL
"Ağdamda Əbülfəz Elçibəy kimi oynadım" - Aqil Abbas