Qarabağ separatçılarından ABŞ-a qarşı təxribat

Tarix:2-11-2020, 17:12 Baxış Sayı:95 Kateqoriya:gundem / cemiyyet

Qarabağ separatçılarından ABŞ-a qarşı təxribat

Qarabağdakı separatçıların lideri Arayik Arutyunyanın "Facebook" səhifəsində onun bir qrup hərbçi ilə görüşünün videosu paylaşılıb. Videonun bu gün lentə aındığı iddia edilsə də, burada şübhəli məqamlar diqqətdən yayınmır.
kadrlardan görünür ki, bir neçə gündür ölüm xəbəri yayılan Arayik bunkerdə separatçıları başına yığaraq, guya hansısa "şücaətinə" görə fərqlənmiş erməni hərbçiləri mükafatlandırır və onların qarşısında sərsəm çıxış edir.
Maraqlıdır, Arayik haqqında ölüm xəbərinin günlədir müzakirə olunduğunu bildiyi halda bu haqda heç danışmır, "mən sağam", yaxud "ölməmişəm, burdayam" deyib məsələyə aydınlıq gətirmir. Ən azından həmin videogörüntülər məhz bu gün lentə alınsaydı, separatçı lider sağ olduğunu təsdiqləyərdi. Bu, özlüyündə "mükafatlandırma" mərasiminin bir neçə gün əvvəl baş tutduğunu, videonun bu gün paylaşmaqla diqqəti ölüm xəbərini yayındırmağa hesablandığını göstərir.
Arayikin hələ də sağ olduğunu təsdiqləyəcək dəlil yoxdur, müəmmalı vəziyyət fonunda separatçı rəhbərin Azərbaycan Ordusu tərəfindən məhv edilməsi barədə deyilənlər daha çox inandırıcı təsir bağışlayır. Yəqin ki, yaxın günlərdə həqiqətin nədən ibarət olduğu bilinəcək.
Haqqında danışdığımız videoda təəccüb doğuran bir məqam da diqqətdən qaçmayıb. Belə ki, separatçılarla yanaşı dayanan hərbi formalı şəxslərdən birinin isimliyində “US Army” yazılıb. İlk baxışdan sual olunur ki, ABŞ hərbçisi separatçıların arasına necə düşüb? Bu mümkündürmü? İndiki müharibənin qızğın çağında belə bir halın baş verməsi inandıcı deyil. Həm də nəzərə alsaq ki, rəsmi Vaşinqton Qarabağdakı qondarma qurumu tanımır, o zaman həmin şəxsin ABŞ hərbçisi olmadığı aydınlaşır.
Bəs, şübhəli hərbçi kimdir?
Apardığımız araşdırma zamanı məlum olur ki, isimliyinə "ABŞ ordusu" yazılan separatçı rejimin əsas fiqurlarından biri, general-leytenant Karen Ağacanyandır. İndiyədək erməni mətbuatında haqqında müxtəlif ziddiyyətli məlumatlar dolaşan Ağacanyanın özünü ABŞ hərbçisi kimi təqdim etməsi və kameralar qarşısında görünməsində məqsəd nədir? Ortaya müxtəlif suallar və versiyalar çıxır. Bununla separatçı general kimə hansı mesajı vermək istəyir? Əsas məsələ də budur.

Ehtimal eləmək olar ki, Ağacanyan belə bir görüntü ilə guya ABŞ ordusunun Qarabağ separatçılarının yanında olması, guya dəstəkləməsi mesajını vermək istəyib. Əlbəttə, indiyədək rəsmi səviyyədə ABŞ heç vaxt belə addım atmayıb, bundan sonra da gözlənilən deyil. Bu məqamda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan ABŞ-ın belə saxta səhnədə canlandırılmasını ermənilərin növbəti təxribatı kimi qiymətləndirmək olar. Dünyanın ən hegemon dövlətlərindən birinə qarşı belə çirkin təxribatın Ağacanyanın ideyası olmadığı da məlum məsələdir. Təxribatın birbaşa Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan tərəfindən məqsədli şəkildə səhnələşdirilməsi şübhə doğurmur.

İnanaq ki, Birləşmiş Ştatların İrəvandakı səfirliyi məsələni dərhal aydınlaşdırıb, rəsmi mövqeni ortaya qoyacaq, ABŞ ordusuna qarşı təxribatı törədənlər öz cəzasını alacaq. Əks halda daha böyük təxribatlar qaçılmaz olacaq.(azvision.az)

SON XƏBƏRLƏR
Yevlaxda Şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ