Azərbaycan, gözün aydın, Ali Baş Komandan var olun!

Tarix:17-10-2020, 12:40 Baxış Sayı:256 Kateqoriya:gundem / cemiyyet

Azərbaycan, gözün aydın,  Ali   Baş Komandan var olun!

Dağlıq Qarabağ və onun ətrafında işğal çılıq siyasəti yeridərək, tarixi Azərbaycan ərazilərini zəbt etməyə hələ ötən əsrin əvvəllərindən başlamış daşnak ermənilər türk -müsəlman qanına susadıqlarını çirkin əməl və niyyətləri ilə dəfələrlə təsdiq etmişdilər. Azərbaycan torpaqlarına təcavüz edən erməni vandalları müharibənin qanunlarına əməl etməyərək, beynəlxalq səviyyədə qəbul olunmuş qətnamələrin, bağlanmış saziş və müqavilələrin tələblərinə heç bir məhəl qoymayaraq, onların tələblərini özlərinə məxsus kobudluqla pozaraq, uşağa, böyüyə ,qadına, qocaya, cavana aman vermədən, Azəbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirərək , əsl simalarını bütün dünyaya tanıtmışlar.
Son vaxtlarda Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bölgələrimizdə həyata keçirtdikləri növbəti təxribatları dediklərimizin əyani sübutudur.Ermənilər bir daha məkrli sifətlərini bütün dünyaya bəyan etdilər. Mənfur düşmənin nifrətə layiq işğalcılıq siyasəti nəticəsində neçə- neçə igid, qorxmaz, mərd, cəsur və cəngavər oğul və qızlarımız vətən üçün, torpaq üçün şəhid oldular,arzuları yarımçıq qaldı, dünyadan nakam köçdülər. Onların qısa, lakin şərəfli ömür və döyüş yolları tarixiləşib, indiki və gələcək nəsillərə əsl örnəyə çevrıldi.
Şəhidlik zirvəsi ən uca zirvədir. İnsanı bu zirvəyə ucaldan yollar isə vətənpərvərliyin, igidliyin, cəsurluğun, mərdliyin, qəhrəmanlığın, ölməzliyin, əbədiliyin müqəddəs amalından keçir. Bu zirvəyə yüksəlmək üçün insanda ilk növbədə vətənpərvər ruh olmalıdır. Azərbaycan gəncliyi tarixin bütün dönəmlərində, o cümlədən son otuz ildən artıq bir dövr ərzində saglam ruha qadir olduqlaqını dönə - dönə sübüt etdilər, qanları, canları, sağlam düşüncələri ilə... Dövlət Himnimizdə deyildiyi kimi:
” Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!”
Bu gün Azərbaycan oğulları laz ım gəldikdə sinəsini “hərbə meydan” edərək , vətən torpağının hər qarışının müqəddəsliyi və toxunulmazlığı uğrunda canını qurban verir , şəhidlik zirvəsinə yüksəlir. Dövlətimiz və xalqımız onların adllarını və xatirələrini uca tutaraq , abidələrini ucaldır,tədris müəssisələrinə , digər idarə və təşkilatlara , o cümlədən küçə və xiyabanlara və s. onların adları verilir,adlarına bulaq kompleksləri inşa edilir, əsərlər həsr olunur, qəzet, jurnal məqalələri yazılır,adlarınına seirlər qoşulur, mahnılar bəstələnir və s.
Təqribən otuz ildən artıq bir müddət ərzində müharibə şəraitində yaşayan, hər an hardasa şəhid verəcəkləri günü nigarançılıqla yaşayan xalqımız yenidən mənfur düşmənin çirkin əməlləri, işğalçılıq niyyətləri ilə üz- üzə qaldı, lakin bu müharibədə Azərbaycan xalqı haqq mübarizəsi aparır.Bu gün hər bir azərbaycanlı böyük inam və qürur hissi ilə bu haqq mübarizəsini dəstəkləməlidir.
Odur ki , biz xaricdə fəaliyyət göstərən azərbaycanlılar, o cümlədən dənizçilər ölkə Prezidenti, möhtərəm İlham Əliyevin haqq mübarizəsini dəstəkləyir və ona BƏƏ- də-xüsusən də Dubayda, Abu-Dabidə, Qətərdə, Dohada və s. şəhərlərdə fəaliyyət göstərən dənizçilər adından kiçik bir mütaciət ünvanlamaq istəyirik:
“-Möhtərəm cənab Prezident ,Ali Baş Komandan!
Biz xaricdə fəaliyyət göstərən azərbaycanlı dənizçiləri,ilk növbədə, Sizə təşəkkürümüzü bildirmək istəyirik . Вu gün ölkəmiz üçün çox ağır olan bir dönəmdə üzərinizə böyük məsuliyyət düşür.Məlumdur ki, Sizin rəhbərliyiniz altında Azərbaycan böyük uğurlara imza atmışdır. Bu uğurların hər birisi, respublikamızın daxilində olduğu kimi, beynəlxalq arenada da müsbət qarşılanıb. İllərlə beynəlxalq qurumlara haqq səsimizi çatdırdınız, haqqlı ola-ola haqqsız duruma düşdüyümüzü bəyan etdiniz ,lakin həmin qurumlar tərəfindən böyük məsuliyyətsizlik,etinasızlıq və laqeyidlik göstərildi. O qurumlar bu gün Sizdən döyüşlərin dayandırılmasını təkid edirlər.Belə olduğu halda düşünürsən ki, bu qurumların qəflət yuxusundan ayılması üçün, Azərbaycan xalqının gücünü görmək mütləq idi. Bütun bunlara qarşı səbr, təmkin ,dözum nümayiş etdirdiniz, bir sözlə tolerant münasibət bəslədiniz.
Erməni təbliğat- təşviqat şəbəkələri 30 ildən artıqdır ki, eybəcər niyyətlərinə haqq qazandırır,məkrli anti -Azərbaycan təbliğatı aparırlar. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası ilə yaşayırlar və bunun nəticəsidir ki, Azərbaycan xalqına qarşı tarixdə misli görünməmiş vəhşiliklər törədirlər.
Möhtərəm Prezident, biz BƏƏ, Səudiyyə Ərəbistanında,Qətərdə, Brazilyada, Sinqapurda, Afrikada, bir sözlə dünyanın bütün ölkələrində fəaliyyət göstərən və bacardıqları qədər Azərbaycanın dövlətçilik ənənələrərini qorumağa çalışan Azərbaycan dənizçiləri Sizi dəstəkləyir və imkanımız daxilində olduğumuz ölkələrdə Azərbaycanın haqqın, ədalətin, demokratiyanın ,humanizmin tərəfdarı olduğunu çatdırmağa çalışırıq.
Möhtərəm Prezident , İstər xaricdə, istərsə də ölkəmizdə fəaliyyət göstərən dəniz fədailəri adından Sizi əmin edrik ki, harada fəaliyyət göstərməyimizdən asılı olmayaraq bütün varlığımızla, ruhumuzla Sizin,xalqımızın və Azərbaycan torpaqlarının müdafiyəsi, onun hər qarışı üçün şirin canından keçməyə belə qadir olan mərd ,cəsur, qeyrətli Azərbaycan əsgərinin yanındayıq.
Allah Sizləri qorusun, yardımçınız olsun.”
Onu da qeyd etmək yerinə düşərdi ki, xalqımızın çətin dönəmində sələflərinin yolununu uğurla davam etdirərək,bizə mənəvi dəstək duran qardaş Türkiyə Cümhuriyyətinə , müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olan dost Pakistan dövlətinə və o cümlədən bizə dəstək olan, səsimizə səs verən bütün ölkələrə dənizçi ehtiramımızı bildiririk.
Bütün dünya bu gun “ Korona“ virusu ilə mübarizə aparır, lakin unutmaq olmaz ki , erməni Koronadan da təhlikəli “ virusdur”, insan cəmiyyəti üçün qorxulu , iyrənc və təhlükəli virus.
Lakin qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan ilham Əliyev xalqımızın istək və arzularını ifadə edərək , bizə qələbə sevincini yaşadacaq və birlik, əzmkarlıq nümayiş etdirərək, düşmən işğalında olan Qarabağ torpaqlarımızı geri qayraracağıq. Bizim güclü və yenilməz ordumuz hər an düşmənlərimizi torpaqlarımızdan çıxarmağa hazırdır, lazım gələrsə biz də hər birimiz , Azərbaycan əsgəriyik.
Unutmayaq ki, biz milyonlarıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək,onun ərazi bütövlüyünü və tarixi gerçəklikləri bərpa etmək.
Sonda isə şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyərək, son hadisələrə olan münasibətimi Prezidentimizin bir pozitiv və qürurverici fikiri ilə tamamlamaq istəyirəm:
“Qarabağ Azərbaycanındır,
Qarabağ Azərbaycandır!”
Biz haqq yolundayıq, qələbə bizimdir,ona görə də, deyirik -gözün aydın ,AZƏRBAYCAN !
Uzaq səfərlər kapitanı, Nazim Həbibov.

SON XƏBƏRLƏR
Venesiyada erməni terroruna etiraz edildi - FOTOLAR
İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 257-yə çatıb
Prezidentdən Məsud Yılmazın xanımına başsağlığı
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi
Prezident bu kəndlərin işğaldan azad olunduğunu AÇIQLADI
Gürcüstanda daha 15 nəfər koronavirusdan öldü
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
“Nifrəti alovlandırmağı söz azadlığı sanırlar” - Çavuşoğlu
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
Ordumuz mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
XİN-dən Bərdəyə raket hücumu ilə bağlı AÇIQLAMA
"Ermənilər qəbul edə bilmirlər ki, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur" - Hikmət Hacıyev
Ordumuz Xankəndidə düşmənin üç əsas nöqtəsini məhv etdi - RƏSMİ
...... Qarabağ yolunda.......
"Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz" - Dövlət başçısı
Bu kəndlər də işğaldan azad edildi - Prezident AÇIQLADI
Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü
...... ALARIQ QISASI...
...... Qarabağsiz gunlerim.......
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO
Zəngilan şəhəri işğaldan azad edildi
Bu ərazilər işğaldan azad edildi - Prezident AÇIQLADI
Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurub - RƏSMİ
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışdı
Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı
Heydər Əliyev Fondu hərbçimizin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır