XİN-dən Şuşa ilə bağlı erməni iddialarına CAVAB

Tarix:9-10-2020, 12:39 Baxış Sayı:16 Kateqoriya:gundem / musahibe

XİN-dən Şuşa ilə bağlı erməni iddialarına CAVAB

Ölkəmizin işğal olunmuş Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınmasına dair Ermənistan XİN-in açıqlaması, Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə yaydığı növbəti saxta ittiham və təxribatıdır.

Bu barədə Unikal.org-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, 30 ilə yaxın bir müddətdir ki, Ermənistan Azərbaycan irsinin bütün əlamətlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərindəki Azərbaycan tarixi və mədəni abidələrinin qəsdən məhv edilməsi siyasətini həyata keçirir.

“Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri, eləcə də ölkəmizin tarixi və mədəni irsinin mərkəzi olan Gəncə şəhərinə raket zərbələri endirməklə Ermənistan uzun müddətdir həyata keçirilən vandalizm siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi.

Mədəni müxtəlifliyin aydın və açıq şəkildə hiss olunduğu ölkələr sırasında olan Azərbaycan dini baxımdan dünyanın ən tolerant ölkələrindən biridir. Azərbaycanın işğal olunmuş ərazilərində mədəni soyqırımı həyata keçirən, buradakı məscidlərini dağıdan və təhqir edən Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq ənənələrinin qorunmasına böyük əhəmiyyət verir və Bakının mərkəzində tam təmir edilmiş və dövlətin himayəsində olan erməni Müqəddəs Qriqori Kilsəsi bu siyasətin parlaq bir nümunəsidir.

Azərbaycan Silahlı Qüvvələri Hərbi Komandanlığının rəsmi elan etdiyi kimi, Azərbaycan Ordusunun hədəfləri düşmənin hərbi infrastrukturları, atəş mövqeləri və hərbi hissələridir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində əks hücum tədbirlərini beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirirlər.

Bir daha bəyan edirik ki, Azərbaycanın mülki əhali və obyektlərinə qarşı heç bir fərq qoymadan və qeyri-mütənasib hücumlar beynəlxalq humanitar hüquq normalarına əsasən müharibə cinayətləri sayılır, bu əməllərə görə Ermənistan məsuliyyət daşıyır; eyni zamanda, bu əməllər onları törədən cinayətkarların fərdi cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

Şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələri işğaldan azad olunan kimi burada Ermənistanın təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın bütün tarixi, mədəni və dini abidələri bərpa olunacaqdır”, - deyə məlumatda qeyd olunub.

SON XƏBƏRLƏR
Venesiyada erməni terroruna etiraz edildi - FOTOLAR
İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 257-yə çatıb
Prezidentdən Məsud Yılmazın xanımına başsağlığı
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi
Prezident bu kəndlərin işğaldan azad olunduğunu AÇIQLADI
Gürcüstanda daha 15 nəfər koronavirusdan öldü
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
“Nifrəti alovlandırmağı söz azadlığı sanırlar” - Çavuşoğlu
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
Ordumuz mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
XİN-dən Bərdəyə raket hücumu ilə bağlı AÇIQLAMA
"Ermənilər qəbul edə bilmirlər ki, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur" - Hikmət Hacıyev
Ordumuz Xankəndidə düşmənin üç əsas nöqtəsini məhv etdi - RƏSMİ
...... Qarabağ yolunda.......
"Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz" - Dövlət başçısı
Bu kəndlər də işğaldan azad edildi - Prezident AÇIQLADI
Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü
...... ALARIQ QISASI...
...... Qarabağsiz gunlerim.......
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO
Zəngilan şəhəri işğaldan azad edildi
Bu ərazilər işğaldan azad edildi - Prezident AÇIQLADI
Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurub - RƏSMİ
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışdı
Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı
Heydər Əliyev Fondu hərbçimizin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır