Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilir

Tarix:26-09-2020, 16:22 Baxış Sayı:28 Kateqoriya:gundem / cemiyyet

Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilir

COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonun təhsil müəssisələrində monitorinqlər keçirilib. Xırdalan şəhəri, Masazır, Novxanı kənd məktəblərində keçirilən manitorinqlər zamanı təhsil prosesinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun şəkildə təşkil olunub – olunmadığı yoxlanılıb.

Monitorinqlər zamanı bildirilib ki, əgər məktəbin binasında (korpuslarında) 1-dən çox giriş qapısı varsa, o zaman giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı çox olan məktəblərə tövsiyə edilir və bu zaman elektrik hərarət ölçən cihazın sayı nəzərə alınmalıdır. Belə bir variant tətbiq ediləcəyi təqdirdə, şagirdin hansı girişdən daxil olacağı barədə valideynlərə əvvəlcədən bildirilməlidir.

Məlumat verilib ki, məktəbin girişində hər bir şagirdin hərarəti ölçülməli və hərarət 37.1° C dərəcədən aşağı olduğu halda, şagird sinif otağına yönəldilməlidir, hərarət qeyd edilən həddən yüksək olduqda, təxirəsalınmadan məktəbin həkimi tərəfindən valideyn təlimatlandırılmalı və şagird geri qaytarılmalıdır.

Bildirilib ki, sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir. Sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici məhlul hər zaman olmalıdır. Texniki işçi heyəti təmizlik zamanı əlcək və maskadan istifadə etməli, təmizlik prosesindən sonra istifadə olunan qoruyucu vasitələr xüsusi qapalı zibil qutularına atılmalıdır.

SON XƏBƏRLƏR
Venesiyada erməni terroruna etiraz edildi - FOTOLAR
İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 257-yə çatıb
Prezidentdən Məsud Yılmazın xanımına başsağlığı
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi
Prezident bu kəndlərin işğaldan azad olunduğunu AÇIQLADI
Gürcüstanda daha 15 nəfər koronavirusdan öldü
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
“Nifrəti alovlandırmağı söz azadlığı sanırlar” - Çavuşoğlu
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
Ordumuz mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
XİN-dən Bərdəyə raket hücumu ilə bağlı AÇIQLAMA
"Ermənilər qəbul edə bilmirlər ki, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur" - Hikmət Hacıyev
Ordumuz Xankəndidə düşmənin üç əsas nöqtəsini məhv etdi - RƏSMİ
...... Qarabağ yolunda.......
"Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz" - Dövlət başçısı
Bu kəndlər də işğaldan azad edildi - Prezident AÇIQLADI
Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü
...... ALARIQ QISASI...
...... Qarabağsiz gunlerim.......
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO
Zəngilan şəhəri işğaldan azad edildi
Bu ərazilər işğaldan azad edildi - Prezident AÇIQLADI
Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurub - RƏSMİ
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışdı
Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı
Heydər Əliyev Fondu hərbçimizin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır