İlham Əliyevin BMT kürsüsündən savaş xəbərdarlığı - TƏHLİL

Tarix:23-09-2020, 12:38 Baxış Sayı:39 Kateqoriya:gundem / cemiyyet

İlham Əliyevin BMT kürsüsündən savaş xəbərdarlığı - TƏHLİL

İlham Əliyevin BMT kürsüsündən savaş xəbərdarlığı
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində qurumun 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda cənab İlham Əliyev həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Prezidenti olaraq çıxış etdi.
Onun Azərbaycan dövləti adından çıxışının təqribən üçdən ikisi işğalçılıq, terrorçuluq siyasəti yeridən, nasizm yuvası Ermənistana həsr olunmuşdu. Əlbəttə, Azərbaycan Prezidenti BMT kürsüsündən etdiyi bütün çıxışlarda Ermənistanın işğalçı, terrorçu mahiyyətini açıb göstərib və onu öz üzərinə düşən öhdəliyə əməl etməyə, Təhlükəsizlik Şurasının 4 bəlli qətnaməsini yerinə yetirməyə çağırıb. Ancaq indiyədək bu qəbildən olan heç bir çıxışında işğalçıya belə geniş yer ayrılmamışdı və ilk dəfədir ki, beynəlxalq tədbirdə hayların yeni savaş hazırlıqları gördükləri xəbərdarlığı səsləndirildi.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan televiziyalarının suallarını cavablandırarkən də cənab Prezident operativ kəşfiyyat məlumatlarına dayanaraq Ermənistanın böyük savaş hazırlığı gördüyünü bildirmişdi.

Türkiyə və Ukraynanın dövlət başçılarının Azərbaycan Prezidentinə dünənki telefon zəngləri və Ermənistanın Xarici İşlər naziri Mnatsakanyanın açıqlaması fikrimcə, məhzbununla, yəni işğalçı ölkənin yeni savaşa hazırlaşdırılmasıyla bağlıdır.

Bəli, Mnatsakanyanın danışıqlara hazır olmaları haqda verdiyi açıqlama əslində məhz savaşa hazırlaş(dırıl)malarının təsdiqidir. Çünki savaş hazırlığı görən dövlətin gözdən pərdə asmaq üçün döyüşlər öncəsi sülhdən, danışıqlardan dəm vurması kimi bir təcrübə var.

Mnatsakanyandan soruşula bilər ki, siz hansı danışıqlara hazırsınız? Paşinyan dediyi “Qarabağ Ermənsitandır” danışıqlarına? Tutaq ki, bu, Paşinyanın növbəti sayıqlamalarından biri idi, onda hətta havadarlarınızın da etiraf etdikləri kimi, indiyədək Madrid prinsipləri bazasında əldə olunmuş müəyyən razılıqların üstündən niyə xətt çəkir və danışıqlar formatını dəyişdirməyə çalışırsınız?

Bir sözlə, Mtansakanyanın danışıqlara hazır olmaları haqda dedikləri gözdən pərdə asmaq üçündür və mənə elə gəlir ki, bunuda onlara havadarları məsləhət görüb. Yeri gəlmişkən, Ermənistanın savaşa hazırlaşması haqda xəbərdarlığın üzərindən diplomatik pərdəni tam götürsək, görəcəyik ki, burada söhbət təkcə forpostun özündən yox, həm də onu yenə də geosiyasi alət olaraq buna sövq edənlərdən gedir. Çünki Ermənsitan vəziyyətində olan bir ölkənin rəhbərliyindəkilər gərək ağıllarını tam itirmiş olsunlar ki, hazırda hər baxımdan ondan dəfələrlə güclü olan bir ölkədən savaş yoluyla yeni torpaq qoparmaq fikrinə düşsünlər.

Düzdür, baş nazir Paşinyan özü də, komandasındakılar da böyük ağıl yiyəsi sayılmırlar, fəqət az öncə vurğuladığımız kimi özgüclərinə Azərbaycana qarşı savaş aparıb yeni torpaqlar ələ keçirəcək qədər axmaq da deyillər. Bu reallığı qardaş Türkiyə və strateji tərəfdaşımız Ukrayna da görür. Əgər nəzərə alsaq ki, ABŞ və Ukrayna kəşfiyyatları son illər birgə, çiyin-çiyinə çalışırlar, istisna etmirəm ki, təkcə Türkiyə deyil, Ukraynada da hayların yeni savaş hazırlıqları haqda dəqiq bilgilər var və bütün bunların arxasına hansı gücün dayandığından da yaxşı xəbərdardılar.

Ona görə də cənab Ərdoğanın dövlət başçımıza telefon açaraq Ermənistanın növbəti təxribatı nəticəsində həlak olmuş bir hərbiçimizlə bağlı başsağlığı verməsi, iki qardaş ölkənin sonadək bir-birilərinin yanında olacaqlarının vurğulanması, ardınca Zelenskinin zəng etməsi, danışıq zamanı Ukraynanın Milli Təhlükəszlik Strategiyasında Azərbaycanın strateji tərəfdaş kimi göstərildiyinin qabardılması heç də təsadüfi deyildi. Bu, bir tərəfdən yeni savaş təhlükəsinin ciddiliyindən xəbər verirsə, digər tərəfdən Azərbaycanın tək və ötən əsrin sonlarında olduğu kimi təklənmiş vəziyyətdə olmadığını ortaya qoyur.

Bütün bunlar onu göstərir ki, əgər vəziyyəti dəqiq qiymətləndirə bilməyib, yeni avantüraya baş vursalar, bu savaş təkcə hayların yox, eyni zamanda da onları buna sövq edən təklənmişlərin başında çatlayacaq.

Millət vəkili Sahib Alıyev
Azvision.az

SON XƏBƏRLƏR
Venesiyada erməni terroruna etiraz edildi - FOTOLAR
İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 257-yə çatıb
Prezidentdən Məsud Yılmazın xanımına başsağlığı
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi
Prezident bu kəndlərin işğaldan azad olunduğunu AÇIQLADI
Gürcüstanda daha 15 nəfər koronavirusdan öldü
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
“Nifrəti alovlandırmağı söz azadlığı sanırlar” - Çavuşoğlu
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
Ordumuz mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
XİN-dən Bərdəyə raket hücumu ilə bağlı AÇIQLAMA
"Ermənilər qəbul edə bilmirlər ki, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur" - Hikmət Hacıyev
Ordumuz Xankəndidə düşmənin üç əsas nöqtəsini məhv etdi - RƏSMİ
...... Qarabağ yolunda.......
"Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz" - Dövlət başçısı
Bu kəndlər də işğaldan azad edildi - Prezident AÇIQLADI
Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü
...... ALARIQ QISASI...
...... Qarabağsiz gunlerim.......
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO
Zəngilan şəhəri işğaldan azad edildi
Bu ərazilər işğaldan azad edildi - Prezident AÇIQLADI
Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurub - RƏSMİ
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışdı
Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı
Heydər Əliyev Fondu hərbçimizin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır