Nasaz avtomobillər yollarda tıxac yaratdı - FOTOLAR

Tarix:22-09-2020, 08:48 Baxış Sayı:19 Kateqoriya:gundem / cemiyyet

Nasaz avtomobillər yollarda tıxac yaratdı - FOTOLAR

Paytaxt yollarında günün əsasən pik və qeyri-pik saatlarında tıxac və sıxlıq hallarının yaranmasının bir səbəbi də nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalmasıdır.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, son aylar bu hal özünü daha qabarıq formada göstərməkdədir. Gün ərzində əsas nəqliyyat yükü olan küçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur. Hər bir nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması digər avtomobillərin hərəkətində ləngimələrə səbəb olur ki, nəticədə tıxac və sıxlıq halları qaçılmaz olur. Bu zaman ən çox əziyyəti isə ictimai nəqliyyat istifadəçiləri çəkirlər. Metronun fəaliyyət göstərmədiyi sərt karantin zamanı bu cür halların olması vəziyyəti daha da çətinləşdirirdi.

Ötən gün H.Əliyev və Z.Bünyadov prospektlərində, R.Behbudov küçəsində nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması ilə bağl hal müşahidə olunub. Sentyabrın 20-i axşam saatlarında Bakı-Sumqayıt şossesində müşahidə olunan belə hal şimal istiqamətində şəhərə girişdə ciddi çətinliklər yaratmışdır. Eyni vəziyyət bu gün səhər də qeydə alınıb.

Bunu nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, texniki baxımdan nasaz vəziyyətdə olan avtomobillə yola çıxmaqdan çəkinsinlər. Nəqliyyat vasitəsinin texniki vəziyyətini daim nəzarət saxlasınlar.

SON XƏBƏRLƏR
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO
Zəngilan şəhəri işğaldan azad edildi
Bu ərazilər işğaldan azad edildi - Prezident AÇIQLADI
Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurub - RƏSMİ
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışdı
Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı
Heydər Əliyev Fondu hərbçimizin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
AzTV-nin daha bir əməkdaşı yaralandı - RƏSMİ (YENİLƏNİB)
Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir - Xəbərdarlıq
Diplomatik korpusun nümayəndələri Gəncəyə gedir
"Real" klinikasının binasında YANĞIN -VİDEO
Gəncə terroru zamanı 2 uşaq itkin düşdü
Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə DARMADAĞIN EDİLDi - VİDEO
Sumqayıtda "zapravka"da oğurluq oldu
Hulusi Akarla Zakir Həsənov telefonla danışdı
Azərbaycan, gözün aydın, Ali Baş Komandan var olun!
“Mail.ru”dan istifadə edənlərə XƏBƏRDARLIQ
Fikrət Məmmədov onu baş idarəyə rəis TƏYİN ETDİ
Həmsədrlər Moskvada Ceyhun Bayramovla Qarabağla bağlı görüşəcəklər
Düşmən atəşi nəticəsində həlak olanların sayı AÇIQLANDI
Ermənistanın keçmiş komandanı Qarabağa gələrkən həbs edildi
Bakı və Yerevanın Moskva görüşünün təfərrüatları AÇIQLANDI (YENİLƏNİB)
Ermənistan hərbi və insanlıq cinayətlərini davam etdirir - Türkiyə MN
"Status-kvonu dəyişdik" - Hikmət Hacıyev
Qırğızıstanda istefalar davam edir – Baş qərargah rəisi işdən çıxarıldı (YENİLƏNİB)
"Biz bütün təzyiqlərə sinə gəlməyə hazırıq” - Prezidentin köməkçisi
XİN-dən Şuşa ilə bağlı erməni iddialarına CAVAB