Prokurorluq Fədail Quliyevin Gürcüstanda gizləndiyini aşkarladı və... - Azərbaycana gətirildi

Tarix:6-08-2020, 11:56 Baxış Sayı:342 Kateqoriya:gundem / cemiyyet

Prokurorluq Fədail Quliyevin Gürcüstanda gizləndiyini aşkarladı və... - Azərbaycana gətirildi

Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə səmərəli əməkdaşlığı davam etdirilir. Bu barədə DİA.AZ-a Baş Prokurorluqdan verilən məlumatda deyilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilmişdir.

Belə ki, Fədail Quliyevin 2017-ci ildə Bakı şəhərində Türkiyə Respublikasının vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək ölkəmizdə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilmiş və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan edilmişdir.

Baş Prokurorluqdan dia.az-a həmçinin bildirilib ki, Fədail Quliyevin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna sorğusu təmin edilməklə sonuncu ölkəmizə ekstradisiya edilmişdir.

SON XƏBƏRLƏR
Pedaqogika elminə töhfə - "Təhsil və cəmiyyət"
QDİƏT XİN başçılarının qeyri-formal görüşü keçiriləcək
İlham Əliyevin BMT kürsüsündən savaş xəbərdarlığı - TƏHLİL
Müdafiə Nazirliyi deputatın Paşinyanın arvadı barədə dediklərinə - MÜNASİBƏT BİLDİRDİ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
İkinci dalğa başlamayıbsa, yoluxma niyə artır? - Həkimlər səbəb göstərdi
DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır - İLGİNC FAKT
DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır - İLGİNC FAKT
“Müharibə həm də sosial şəbəkə və mediada gedir” – DİQQƏTLİ OLAQ
MİDA-da 2 milyon manatlıq əməliyyat zərəri - Büdcədən 62 milyon ayrılıb
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
“AzNar” səhmdarlarına dividend ödəyəcək
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır
Cahid Şahbazov həkimdir, yoxsa?.. - Çəkişmə...
Bu şəhərdə içməli su olmayacaq
Nasaz avtomobillər yollarda tıxac yaratdı - FOTOLAR
Mübariz Mənsimovun dostunun onun əleyihə ifadə verdiyi bildirilir - İDDİA
ABŞ kəşfiyyatı Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarladı - MİLYONLARLA DOLLAR...
Sabahdan Azərbaycanda payız fəsli başlayır
İsraildə koronavirusa yoluxanların sayı 187 min nəfəri ötdü
Publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydası dəyişir
Mənzillərin qeydiyyatı üçün bir sıra ünvanlarda sənəd qəbulu keçiriləcək - Diqqət!
Nazir Vəliyevi rəis müavini TƏYİN ETDİ - ƏMR
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
Şamaxıda qanunsuz ov edən şəxslər cərimələnib
Deputatdan Tarix dərsliyini yazanlara sərt İTTİHAM - "Veliçkonun əsərini oxumaq kifayətdir"
“Azərbaycan Ukraynadan analoji dəstək gözləyir” - GƏLİŞMƏ
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 936-ya çatıb
İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI