Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb

Tarix:4-08-2020, 16:04 Baxış Sayı:3 141 Kateqoriya:gundem / musahibe

Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb

“Qeyd olunan risklər və çağırışlar fonunda beynəlxalq qurumlar da öz proqnozlarını elan edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, cari ildə dünya iqtisadiyyatının iqtisadi artımının azalacağı proqnozlaşdırılır:

“Baş vermiş mürəkkəb situasiya ilk gündən ölkə rəhbərliyinin tapşırıqları ilə nəzarətdə saxlanılıb. Hökumət tərəfindən təsdiq edilən geniş tədbirlər planı da bu qəbildəndir. Vergi və sosial qanunvericiliyə edilən dəyişikliyə əsasən, sahibkarlara vergi güzəştləri edilib, müvəqqəti vergi sistemi tətbiq olunub”.

O qeyd edib ki, cari ilin vəziyyəti ötən illərlə müqayisə olunmalı deyil: “Həm tələb, həm də təklif böhranı birlikdə yaşanıb. Hazırda neftin qiymətinin 40 dollar həcmində qalmasına nail olunub. Bütün faktorlar proqnozlaşdırmaya əsaslanır. Qeyd olunan səbəblərdən mart ayının sonlarından iqtisadi artım səngiməyə başlayıb. Azalma aprel-may-iyun aylarında artan tempdə daha da kəskinləşib. Neft sektorunda 2,9% azalma müşahidə olunub. İnvestisiyalarda da azalma müşahidə olunur. Pandemiyadan ən çox əziyyət çəkən turizm sektorunda da 47,9% azalma müşahidə edilib. Bu şəraitdə hökumət məqsədyönlü şəkildə makroiqtisadi sabitliyin qorunmasına şərait yaradıb. Pandemiya ilə bağlı ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Tətbiq olunan tədbirlər inzibati xarakter daşıyır. İqtisadiyyatın reaksiyası geri plana çəkilir. Bu sahədə təhlillərimizi daha da genişləndirməliyik. Cari ildə 450 sahibkar arasında 2 sorğu həyata keçirmişik. Bu sorğular əsasında da öz proqnozlarımızı yeniləmişik”.

SON XƏBƏRLƏR
Venesiyada erməni terroruna etiraz edildi - FOTOLAR
İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 257-yə çatıb
Prezidentdən Məsud Yılmazın xanımına başsağlığı
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi
Prezident bu kəndlərin işğaldan azad olunduğunu AÇIQLADI
Gürcüstanda daha 15 nəfər koronavirusdan öldü
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
“Nifrəti alovlandırmağı söz azadlığı sanırlar” - Çavuşoğlu
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
Ordumuz mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
XİN-dən Bərdəyə raket hücumu ilə bağlı AÇIQLAMA
"Ermənilər qəbul edə bilmirlər ki, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur" - Hikmət Hacıyev
Ordumuz Xankəndidə düşmənin üç əsas nöqtəsini məhv etdi - RƏSMİ
...... Qarabağ yolunda.......
"Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz" - Dövlət başçısı
Bu kəndlər də işğaldan azad edildi - Prezident AÇIQLADI
Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü
...... ALARIQ QISASI...
...... Qarabağsiz gunlerim.......
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO
Zəngilan şəhəri işğaldan azad edildi
Bu ərazilər işğaldan azad edildi - Prezident AÇIQLADI
Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurub - RƏSMİ
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışdı
Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı
Heydər Əliyev Fondu hərbçimizin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır