Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN

Tarix:11-07-2020, 19:47 Baxış Sayı:136 Kateqoriya:gundem

Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN


Yerevanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazir N.Paşinyanın dilindən növbəti dəfə etiraf edilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Unikal.org-a bildirilib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarına qarşı əsassız ərazi iddialarını, beynəlxalq hüququ kobudcasına pozaraq hərbi işğala əsaslanan siyasətini ölkənin milli strategiyasında əks etdirən Ermənistan bölgədə ciddi təhlükə ocağı olaraq qalmaqdadır.

“Azərbaycanın ərazilərini hərbi yolla işğal edib bu ərazilərdə yaşayan erməni icmasının öz müqəddəratını müəyyən etməsindən danışan və bunu “milli məqsəd” kimi təhlükəsizlik strategiyasında əks etdirən işğalçı Ermənistan beynəlxalq hüququn, o cümlədən 1975-ci il Helsinki Yekun Aktının prinsiplərini yenidən görməzlikdən gəlir. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin heç bir halda Azərbaycanın Dağlıq-Qarabağ bölgəsində yaşayan erməni icmasına şamil olunmadığını və ümumiyyətlə, Helsinki Yekun Aktının 8-ci bəndində öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edildiyini xatırladırıq”, - deyə XİN-dən bildirilib.

Ermənistan rəhbərliyinin Azərbaycanın hərbi yolla işğal altında saxladığı ərazilərində “suverenlik” iddiası, işğalçı siyasətinin nəticələrinin qorunub saxlanılmasının münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi kimi müəyyən etməsi bu ölkənin münaqişənin həlli prosesinə ciddi əngəl törətdiyini və beynəlxalq ictimaiyyətin qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirdiyini açıq şəkildə göstərir:

Ermənistan rəhbərliyi anlamalıdır ki, hazırda apardığı siyasətə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıb. Bu ölkənin beynəlxalq reallıqlardan uzaq və sadəlövh milli təhlükəsizlik strayegiyası iflasa uğrayan daxili siyasəti sakitləşdirmək cəhdindən başqa bir şey deyil.

Beynəlxalq səviyyədə tanınmış əraziləri, o cümlədən müvəqqəti işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla, ərazi bütövlüyünü və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasını təmin etmək üçün Azərbaycanın cavab tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ölkə Konstitusiyasının ona verdiyi haqqa əsaslanır. Bölgədə artan gərginliyin məsuliyyəti isə bilavasitə işğalçı Ermənistanın üzərindədir”.

SON XƏBƏRLƏR
''Space'' TV-nin əməkdaşı dünyasını dəyişdi
Beyləqanda avtomobil oğrusu saxlanıldı
İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi
Beyrutdakı partlayışda səfirin həyat yoldaşı öldü
UFC təxribata əl atan ermənini cəzalandırdı - Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib
Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ
Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki...
Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb
Bakıda restoranın karantin qaydalarını pozaraq faliyyət göstərdiyi məlum olub
Çörəyi ver çörəkçiyə, birini də üstəlik... - Əlavələrin fəsadı...
Saxta yolla pensiya düzəldən məmurlara CƏZA... - “54 milyon az məbləğ deyil”
Əlahiddə Çevik Polis Alayının əməkdaşlarındən ŞÜCAƏT
"Biz vətəndaşlarımıza üstünlük verdik" - Azər Badamov
Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb
Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət Azərbaycana yola düşüb
Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı
"Vətəndaşlar işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
Bakıda ŞOK OLAY: - evdən 1 milyon manatlıq qızıl oğurlanıb
AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: - Biri terapevtik zülal, digəri bitki mənşəli peyvənd
Azərbaycanda vəzifəli şəxslər CƏRİMƏLƏNDİ
Azərbaycana gündəlik 100 min tibbi maska istehsal edən avadanlıq gətirildi
Almaniyada uçan taksi sınaqdan keçirildi
Saxta yolla pensiya düzəldən məmurlara CƏZA... - “54 milyon az məbləğ deyil”
Sahibkarlara ayrılan dövlət vəsaitinin AQİBƏTİ: - “Bəzi nazirlər qeyri-rəsmi biznesmendirsə...”
Azərbaycanlı dənizçilər “Ağdaş” tankerində qalıblar
Prokurorluq Fədail Quliyevin Gürcüstanda gizləndiyini aşkarladı və... - Azərbaycana gətirildi
Naxçıvana ayrılan dotasiya artırılmalıdır - Siyavuş Novruzov
"Jurnalistlərə də 190 manat birdəfəlik müavinət verilsin" - Deputatdan TƏKLİF
“Bəzi rayonlara ayrılmış məbləğlər müəyyən qədər tənzimlənsə, yaxşı olar” - deputat
Sosial şəbəkələrin monitorinqi ilə məşğul olan var? - Elxan Şahinoğlu