“Prezidentimiz hər şey edir ki, koronavirusa qarşı uğurla mübarizə aparaq” – Millət vəkili

Tarix:9-07-2020, 13:42 Baxış Sayı:3 824 Kateqoriya:gundem / musahibe

“Prezidentimiz hər şey edir ki, koronavirusa qarşı uğurla mübarizə aparaq” – Millət vəkili


“Koronavirus pandemiyasının elan olunmasından bir neçə ay vaxt keçməsinə baxmayaraq, bu gün təəssüflər olsun ki, bu xəstəliyə yoluxma və ölüm göstəriciləri artmaqda davam edir. Dünyada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb”.

Bu brədə Unikal.org-a açıqlamasında millət vəkili Əhliman Əmiraslanov bildirib: “Ölkəmizə gəldikdə, dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə və onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Prezident İlham Əliyevin 6 iyul 2020-ci ildə Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Xəzər Televiziyasına verdiyi müsahibədə də qeyd etdiyi kimi, bu infeksiyaya yoluxan şəxslərin müalicəsi məqsədilə ölkəmizdə 45 xəstəxana ayrılıb və xəstələrin müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib”.

Deputat bildirib ki, qeyd edilən xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanıqlarla təmin ediliblər: “Bir məsələni də qeyd edim ki, bir çox ölkələrdə koronavirusla bağlı həm diaqnostika, həm də müalicə heç də dövlətin hesabına həyata keçirilmir. Azərbaycanda isə hər bir xəstə stasionar şəraitdə dövlət hesabına müalicə alır. Dövlətimiz, Prezidentimiz hər şey edir ki, koronavirusa qarşı uğurla mübarizə aparaq. Amma son vaxtlar bəzi rəqəmlər bizi narahat edir. Doğrudur, bu göstəricilər bir çox ölkələrlə müqayisədə xeyli yaxşıdır və vəziyyət tam nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə əhalisi koronavirusa yoluxmaqdan sığortalanmış deyil”.

Ə.Əmiraslanov vurğulayıb ki, pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdı: “Hər bir vətəndaş tibbi maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalıdır. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq.

Mən əminəm ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verəcək, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə edəcəyik”.

SON XƏBƏRLƏR
Venesiyada erməni terroruna etiraz edildi - FOTOLAR
İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 257-yə çatıb
Prezidentdən Məsud Yılmazın xanımına başsağlığı
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ
“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi
Prezident bu kəndlərin işğaldan azad olunduğunu AÇIQLADI
Gürcüstanda daha 15 nəfər koronavirusdan öldü
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
“Nifrəti alovlandırmağı söz azadlığı sanırlar” - Çavuşoğlu
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
Ordumuz mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
XİN-dən Bərdəyə raket hücumu ilə bağlı AÇIQLAMA
"Ermənilər qəbul edə bilmirlər ki, onları məğlub edən müzəffər Azərbaycan Ordusudur" - Hikmət Hacıyev
Ordumuz Xankəndidə düşmənin üç əsas nöqtəsini məhv etdi - RƏSMİ
...... Qarabağ yolunda.......
"Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz" - Dövlət başçısı
Bu kəndlər də işğaldan azad edildi - Prezident AÇIQLADI
Gürcüstanda koronavirusa yoluxanların sayı 30 mini ötdü
...... ALARIQ QISASI...
...... Qarabağsiz gunlerim.......
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO
Zəngilan şəhəri işğaldan azad edildi
Bu ərazilər işğaldan azad edildi - Prezident AÇIQLADI
Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurub - RƏSMİ
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışdı
Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı
Heydər Əliyev Fondu hərbçimizin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır