DİM-dən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT

Tarix:2-07-2020, 15:23 Baxış Sayı:4 092 Kateqoriya:gundem / tehsil

DİM-dən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT


Dövlət İmtahan Mərkəzi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİM-dən Milliirs.az-a verilən məlumata görə, məlumatda qeyd olunur ki, “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

Məlumatda bildirilir ki, son vaxtlar yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb:

"Bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir.

Bəzi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.

Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı tövsiyə edirik".

Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzinin 195 mindən artıq izləyicisi olan “Facebook” (https://www.facebook.com/stateexamcenter/ ) və 27 mindən artıq izləyicisi olan “Instagram” (https://www.instagram.com/stateexamcenter/) hesabı fəaliyyət göstərir. Bundan əlavə, Mərkəzin “Twitter” (https://twitter.com/stateexamcenter) və “Telegram” (https://t.me/stateexamcenter) hesabları da mövcuddur. İstifadəçilərə yalnız yuxarıda qeyd olunan səhifələri izləmək və burada verilən məlumatlara istinad etmək tövsiyə edilib.

SON XƏBƏRLƏR
Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir - FOTO
Zəngilan şəhəri işğaldan azad edildi
Bu ərazilər işğaldan azad edildi - Prezident AÇIQLADI
Ermənilər 2 minə yaxın yaşayış evinə ziyan vurub - RƏSMİ
DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edildi - FOTO
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışdı
Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı
Heydər Əliyev Fondu hərbçimizin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
AzTV-nin daha bir əməkdaşı yaralandı - RƏSMİ (YENİLƏNİB)
Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir - Xəbərdarlıq
Diplomatik korpusun nümayəndələri Gəncəyə gedir
"Real" klinikasının binasında YANĞIN -VİDEO
Gəncə terroru zamanı 2 uşaq itkin düşdü
Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə DARMADAĞIN EDİLDi - VİDEO
Sumqayıtda "zapravka"da oğurluq oldu
Hulusi Akarla Zakir Həsənov telefonla danışdı
Azərbaycan, gözün aydın, Ali Baş Komandan var olun!
“Mail.ru”dan istifadə edənlərə XƏBƏRDARLIQ
Fikrət Məmmədov onu baş idarəyə rəis TƏYİN ETDİ
Həmsədrlər Moskvada Ceyhun Bayramovla Qarabağla bağlı görüşəcəklər
Düşmən atəşi nəticəsində həlak olanların sayı AÇIQLANDI
Ermənistanın keçmiş komandanı Qarabağa gələrkən həbs edildi
Bakı və Yerevanın Moskva görüşünün təfərrüatları AÇIQLANDI (YENİLƏNİB)
Ermənistan hərbi və insanlıq cinayətlərini davam etdirir - Türkiyə MN
"Status-kvonu dəyişdik" - Hikmət Hacıyev
Qırğızıstanda istefalar davam edir – Baş qərargah rəisi işdən çıxarıldı (YENİLƏNİB)
"Biz bütün təzyiqlərə sinə gəlməyə hazırıq” - Prezidentin köməkçisi
XİN-dən Şuşa ilə bağlı erməni iddialarına CAVAB