BMU-dən abituriyentlər üçün əla FÜRSƏT

Tarix:30-06-2020, 13:32 Baxış Sayı:375 Kateqoriya:gundem / tehsil

BMU-dən abituriyentlər üçün əla FÜRSƏT


2020/2021-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramının icrası ilə bağlı işlər davam etdirilir.

Milliirs.az BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, iki universitet arasında əldə edilən razılığa uyğun olaraq bakalavr səviyyəsi üzrə 4 ixtisas

- İnşaat mühəndisliyi;

- İnformasiya texnologiyaları;

- Elektrik mühəndisliyi;

- Elektronika mühəndisliyi (telekommunikasiya mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter mühəndisliyi ixtisaslaşmaları) üzrə ikili diplom proqramı həyata keçirilir.

Proqramda iştirak etmək üçün şərtlər çətin deyil:

- Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda 400 və daha çox bal toplamaq;

- BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi ingilis dili və fənn müsabiqəsindən uğurla keçmək.

Bu şərtlərə uyğun abituriyentlər 4 ixtisasdan birində öz seçimlərinə görə təhsil ala biləcəklər.

Proqram 3+1 modeli əsasında qurulub. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə İnha Universitetində təhsil alacaqlar. Diplom işini ingilis dilində hazırlayıb müdafiə etdikdən sonra iki diplom əldə edəcəklər.

Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Bakalavr pilləsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar. Bundan başqa, BMU-nun müasir tələblərə cavab verən iki yataqxanası mövcuddur və proqram əsasında təhsil alacaq tələbələr yataqxana ilə təmin olunacaqlar.

Proqrama müraciət etmək üçün tələb olunan sənədlərə 3x4 ölçüsündə iki ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, attestat, DİM tərəfindən keçirilmiş imtahanda topladığı balı təsdiq edən sənəd və ingilis dili sertifikatı (əgər varsa) daxildir.

İnha Universitetin mühəndislik, biznes inzibatçılığı, tibb və sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. İnha Universiteti müxtəlif tədqiqatlar aparan, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri olan, həmçinin 20 mindən çox tələbəyə malik ali təhsil ocağıdır. İkili diplom proqramı və İnha Universiteti haqqında daha ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə etmək olar:

• (ENG): https://www.youtube.com/watch?v=7vJ9jTfusHM

• (RUS): https://www.youtube.com/watch?v=64C1E5lrXNs

• http://www.beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/

• https://eng.inha.ac.kr

SON XƏBƏRLƏR
Teatrların açılmasının əleyhinə olan Afaq Bəşirıqızından ilginc açıqlama: - “Hər şeyə Operativ Qərargah cavabdehdir”
"Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə öz əmlaklarını gizlətməyə yer tapardı"
ORTA TƏHSİLİN DİREKTOR PROBLEMİ – Yenə də tapşırıq, tanışlıq və rüşvət...
İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
Hər kəs eyvanından bayraq assın!!! - ÇAĞIRIŞ
ORTA TƏHSİLİN DİREKTOR PROBLEMİ – Yenə də tapşırıq, tanışlıq və rüşvət...
Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...
Birlik, iradə və əzmkarlıq Qələbəyə aparır
Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar
Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır
Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlətin diqqət və qayğısı
Qalib xalqın qəhrəman Ordusu
27 Sentyabr – Anım Günü ilə əlaqədar TEZİSLƏR
Tehranda İran, Azərbaycan və Türkiyənin görüşü nəyi dəyişə bilər? - ŞƏRH
Əhalinin banklardakı əmanətləri azalıb: - Bir aya 50 milyon manata yaxın vəsait geri çəkilib
Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib - Diqqət!
"Əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır" - Dövlət başçısı
"Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur" - İlham Əliyev
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert