İrandan Azərbayana narkotik keçirmək istədilər

Tarix:29-06-2020, 12:09 Baxış Sayı:48 Kateqoriya:gundem

İrandan Azərbayana narkotik keçirmək istədilər


Son günlər ərzində 3 halda 21,7 kq narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İran İslan Respublika­sından Azərbaycan Respubli­kası əra­zisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Milliirs.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən sərhəd zastava­sının xidməti sahəsində 1988-ci il təvəllüdlü, İran İslam Respub­li­ka­sı vətən­daşı Sədri Kazım Həmid Azərbaycanın dövlət sərhədini İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan istiqamətində keçərkən sərhəd pozucusu qismində saxlanılıb. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kq 52 qram heroin, 1 kq 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram mеtadon, 1103 qram metamfеtamin, güclü təsir edən maddə - 8,9 qram “Tramadol”, 37,4 qram “Preqabalin”, 0,4 qram “Klobazam” aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə Cinayət Məcəl­ləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, İİR vətəndaşı Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, cinayətkar qrupun digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətində 2 nəfər şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd nar­yadının sayıqlığı nəticəsində qaçaqmalçılar qaçaqmal predmetini hadisə ye­rində ataraq İran İslam Respublikası istiqamətində geri qaçıblar. Hadisə yerinə baxış keçirilərkən ərazidə 4 kq 520 qram heroinə, 495 qram quru­dulmuş marixuanaya və 2 kq 60 qram metamfetaminə oxşar maddələr aşkar edilərək götürülüb.

Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində 6 kq 320 qram heroinə, 540 qram qurudulmuş marixuanaya, 210 qram həşişə oxşar maddələr və 51 flakonda güclü təsir edən vasitə “Mydrax-Tropikamide”-yə oxşar maddə aşkar olunaraq götürülüb.

Qeyd olunan son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdi­rilir.

SON XƏBƏRLƏR
Ərazi itkisinə yol verilməyib - Müdafiə Nazirliyi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir
Ermənilərin hücumunun qarşısı alındı, şəhidlərimiz var - RƏSMİ
Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı danışdı
Ekspres avtobuslar üçün yeni dayanacaqlar müəyyən edildi
Sabiq nazirin anası koronavirusdan dünyasını dəyişdi
“Namaz qılıram, ibadətlə məşğulam” - İsmət Abbasov
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu
Azərbaycanda çaylar daşdı - Kəndləri sel basdı
FHN-dən yağış sularının dolduğu yerlərlə bağlı AÇIQLAMA
İcra başçısının müavini və şöbə müdiri koronovirusa YOLUXDU
Azərbaycanda bu hospitalın həkimi də koronavirusa yoluxdu
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edildi
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi
Arif Qasımovun qanunsuz tikdirdiyi restoran söküldü
Şəhid komandir Raquf Orucovla bağlı videokonfrans keçirildi
Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN
İtaliyada koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə daha 21 nəfər pandemiyanın qurbanı oldu
Prezidentə yazırlar: Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Göldə yoxa çıxan aktrisanı tapa bilmirlər
Azərbaycanlı müğənni bu fotosuna görə tənqid olundu
Məşhur müğənninin anası etiraf etdi
Bakıda 45 yaşlı kişini avtomobil vurdu
Bu gündən ictimai nəqliyyat iki gün İŞLƏMƏYƏCK
Qazaxıstanda 56 mindən çox insan koronavirusa yoluxdu
Sabirabadda DƏHŞƏT: 16 yaşlı qız özünü ağacdan asdı
Azərbaycanda bu televiziyanın 7 əməkdaşı koronavirusa yoluxdu