Sosial şəbəkələrdə söyüş, təhqir yazanlara DİN-dən MÜRACİƏT

Tarix:28-06-2020, 13:56 Baxış Sayı:641 Kateqoriya:gundem / cemiyyet / reklam

Sosial şəbəkələrdə söyüş, təhqir yazanlara DİN-dən MÜRACİƏT


Daxili İşlər Nazirliyi bir qrup gənc müğənnini, bəzi deputat və ziyalıları təhqir edənlərin tutulmasından sonra sosial şəbəkələrdə polisin onu tənqid edən insanları fikirlərinə görə cəzalandırması iddialarına münasibət bildirib.

Milliirs.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bununla bağlı açıqlamasında deyib:

“Bu iddiaların hamısı əssasızdır və qərəzdən irəli gəlir. O cür düşünənləri sosial şəbəkələrdə söysələr, təhqir etsələr, dözərlərmi? Əlbəttə ki, yox. Təhqirlə tənqidi qarışdırmayaq. Biz hamımız sağlam, fakta söykənən tənqidin tərəfdarıyıq və belə tənqidi fikirlər səsləndirən hər kəsi alqışlayırıq. Çünki tənqid hansısa bir nöqsanın, problemin həllinə səbəb olan fikirdir. Amma KİV-də, sosial şəbəkələrdə kimisə təhqir etmək, onun şərəf və ləyaqətini alçaltmaq bu artıq tənqid deyil, yolverilməz bir qanunsuz hərəkətdir. Bu cür təhqir yazmaqla məşğul olduqları üçün saxlanılanlarla aparılan izahedici və profilaktik söhbətlərdən sonra onların özləri də səmimi olaraq etiraf edirlər ki, böyük xətaya, səhvə yol veriblər, gec də olsa, hamıdan üzr istəyirlər. Ona görə də bir daha deyirəm, sağlam tənqidi fikri, yazını, şərhi hamı nəinki alqışlayır, eyni zamanda gözləyir də. Amma heç kim təhqir edilmək istəmir və istəməz də. Ona görə də KİV-də, sosial şəbəkələrdə kimisə təhqir etmək, onun şərəf və ləyaqətini alçaltmaq dünyanın ən demokratik dövlətlərində olduğu kimi, bizdə də məsuliyyət yaradır.

Bir daha xahiş və tələb edirik ki, kiməsə ünvanlanmış təhqiramiz yazılar, şərhlər, statuslar yazan və yazmaq fikrində olanlar belə ikrah doğuran hərəkətlərinə son qoysunlar, əl çəksinlər. Kimsə fikirləşməsin ki, monitorun önündə oturub istədiyim şəxsi təhqir edəcəm və məni heç kim tanımayacaq və görməyəcək. Əgər belələri varsa, yanlış düşünürlər. İndiki müasir texniki imkanlar sayəsində hətta uydurma ad altında sosial şəbəkələrdən istifadə edənin şəxsiyyətini müəyyən etmək olur. Ona görə də, başqasını təhqir edən gec, ya tez müəyyən edilərək məsuliyyətə cəlb olunacaq”.

SON XƏBƏRLƏR
Türk PUA-ları havaya qalxdı: terrorçular məhv edildi
Ərazi itkisinə yol verilməyib - Müdafiə Nazirliyi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir
Ermənilərin hücumunun qarşısı alındı, şəhidlərimiz var - RƏSMİ
Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı danışdı
Ekspres avtobuslar üçün yeni dayanacaqlar müəyyən edildi
Sabiq nazirin anası koronavirusdan dünyasını dəyişdi
“Namaz qılıram, ibadətlə məşğulam” - İsmət Abbasov
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu
Azərbaycanda çaylar daşdı - Kəndləri sel basdı
FHN-dən yağış sularının dolduğu yerlərlə bağlı AÇIQLAMA
İcra başçısının müavini və şöbə müdiri koronovirusa YOLUXDU
Azərbaycanda bu hospitalın həkimi də koronavirusa yoluxdu
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edildi
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi
Arif Qasımovun qanunsuz tikdirdiyi restoran söküldü
Şəhid komandir Raquf Orucovla bağlı videokonfrans keçirildi
Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN
İtaliyada koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə daha 21 nəfər pandemiyanın qurbanı oldu
Prezidentə yazırlar: Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Göldə yoxa çıxan aktrisanı tapa bilmirlər
Azərbaycanlı müğənni bu fotosuna görə tənqid olundu
Məşhur müğənninin anası etiraf etdi
Bakıda 45 yaşlı kişini avtomobil vurdu
Bu gündən ictimai nəqliyyat iki gün İŞLƏMƏYƏCK
Qazaxıstanda 56 mindən çox insan koronavirusa yoluxdu
Sabirabadda DƏHŞƏT: 16 yaşlı qız özünü ağacdan asdı