Azərbaycan ordusu düşmən üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir

Tarix:25-06-2020, 21:09 Baxış Sayı:224 Kateqoriya:gundem / musahibe / cemiyyet / reklam

Azərbaycan ordusu düşmən üzərində qalibiyyət salnaməsi  yazmağa qadirdir


Ordu hər bir dövlətin milli qürur mənbəyi, güvənc və inam simvoludur. Hər bir ölkənin müstəqil dövlət kimi dünya birliyində var olmasının başlıca təməl bazasını onun hərbi gücü, milli ordusunun qüdrəti təşkil edir.

Müstəqil Azərbaycanda nizamlı, sabit və peşəkar ordu quruculuğu Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Onun ölkəmizə rəhbərliyinin birinci dövründə - ötən əsrin 70-ci illərində Azərbaycanın ordu quruculuğunun dərin sütunları qoyulmağa başlamışdı. Ümummilli liderimiz o illərdə hərbi təhsilin inkişafına xüsusi diqqət yetirirdi və SSRİ-nin ən nüfuzlu hərbi təhsil və tədris müəssisələrinə azərbaycanlı gənclərin göndərilməsi ənənə halını almışdı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması, ittifaq respublikalarında azərbaycanlı hərbi mütəxəssislərin yetişdirilməsi üçün atılmış cəsarətli addım idi. Bu məktəb sonradan müstəqil Azərbaycanın ordu quruculuğunun müasir mərhələsində mühüm təsiredici amil olduğunu təsdiq etdi. Eyni zamanda, MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin vətənə qayıtması silahlı qüvvələrin kadr bazasının zənginləşməsinə səbəb oldu.

Ulu öndərin ikinci hakimiyyəti illərində, Azərbaycanın düşdüyü o dövrkü ağır ictimai-siyasi və hərbi böhranın fəsadlarını aradan qaldırmaq üçün silahlı qüvvələr quruculuğunun “Yol xəritəsini” hazırladı. Respublikamızda hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə Milli Hərbi Aviasiya Məktəbinin, Hərbi Akademiyanın yaradılması məqsədyönlü siyasətin davamı idi. Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin Türkiyə, Ukrayna, Rusiya, Pakistan, Çin, Almaniya, Böyük Britaniya, İtaliya, Rumıniya, Macarıstan və digər ölkələrin tanınmış hərbi akademiyalarında və kurslarında təhsil alması ordumuzun kadr bazasının peşəkarlığını daha da artırdı.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərbi doktrinanın təməl prinsipləri üzərində milli ordu quruculuğunu inkişaf etdirən, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində gündən-günə daha da möhkəmlənən və döyüş qabiliyyətini artıran Azərbaycan ordusu qısa bir dövr ərzində daha da təkmilləşərək regionda ən güclü hərbi institutlardan birinə çevrilib. Bu gün güclü hərbi hazırlığa, döyüş əzmkarlığına, hərbi qüdrətə və yüksək texniki imkanlara malik olan Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan Ordusu maddi-texniki, silah-sursat təchizatı, nizam-intizam, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşıb.

Cənab İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. “Biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, onların hamısını sadalamaq üçün, bəlkə də, bir neçə saat lazımdır. Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü vaxtı gələndə deyəcəkdir”.

Bu gün Azərbaycan Ordusu düşmən üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir. Bunu Azərbaycan Ordusunun 4 il əvvəl, şanlı Aprel döyüşlərindəki parlaq qələbəmiz bir daha təsdiq etdi. Eyni zamanda, son hərbi təlimlərdə Milli ordumuz möhtəşəm hərbi potensialı ilə döyüş əzmkarlığını nümayiş etdirdi. Bu, işğalçı Ermənistana bir ultimatumdur, sülh danışıqlarından boyun qaçırmaq istəyən, beynəlxalq birliyin təkidlə işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək çağırışlarına məhəl qoymayan Ermənistana verilən son şanslardan biridir.

Fatma Yıldırım
Milli Məclisin deputatı

SON XƏBƏRLƏR
Türk PUA-ları havaya qalxdı: terrorçular məhv edildi
Ərazi itkisinə yol verilməyib - Müdafiə Nazirliyi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir
Ermənilərin hücumunun qarşısı alındı, şəhidlərimiz var - RƏSMİ
Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı danışdı
Ekspres avtobuslar üçün yeni dayanacaqlar müəyyən edildi
Sabiq nazirin anası koronavirusdan dünyasını dəyişdi
“Namaz qılıram, ibadətlə məşğulam” - İsmət Abbasov
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu
Azərbaycanda çaylar daşdı - Kəndləri sel basdı
FHN-dən yağış sularının dolduğu yerlərlə bağlı AÇIQLAMA
İcra başçısının müavini və şöbə müdiri koronovirusa YOLUXDU
Azərbaycanda bu hospitalın həkimi də koronavirusa yoluxdu
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edildi
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi
Arif Qasımovun qanunsuz tikdirdiyi restoran söküldü
Şəhid komandir Raquf Orucovla bağlı videokonfrans keçirildi
Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN
İtaliyada koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə daha 21 nəfər pandemiyanın qurbanı oldu
Prezidentə yazırlar: Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Göldə yoxa çıxan aktrisanı tapa bilmirlər
Azərbaycanlı müğənni bu fotosuna görə tənqid olundu
Məşhur müğənninin anası etiraf etdi
Bakıda 45 yaşlı kişini avtomobil vurdu
Bu gündən ictimai nəqliyyat iki gün İŞLƏMƏYƏCK
Qazaxıstanda 56 mindən çox insan koronavirusa yoluxdu
Sabirabadda DƏHŞƏT: 16 yaşlı qız özünü ağacdan asdı