BMU-da buraxılış işlərinin növbəti müdafiəsi keçirildi

Tarix:20-06-2020, 21:05 Baxış Sayı:506 Kateqoriya:gundem / tehsil / reklam

BMU-da buraxılış işlərinin növbəti müdafiəsi keçirildi


Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasında buraxılış işlərinin onlayn müdafiəsi keçirilib.

Milliirs.az xəbər verir ki, müdafiə prosesində iştirak edən BMU-nun rektoru, professor Havar Məmmədov tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib. O, tələbələrin fikirlərini ingilis dilində səlis və çox dolğun şəkildə izah etmələrini yüksək qiymətləndirib. Buraxılış işlərini müdafiə edən tələbələri təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənovun sədrliyi ilə keçirilən müdafiə proresində iştirak edən 8 nəfər tələbə əhatəli, eyni zamanda dolğun yazdıqları buraxılış işlərini müdafiə ediblər. Komissiya sədri və üzvlərinin suallarını ətraflı cavablandıran tələbələr yüksək nəticələr qazanıblar.

Müdafiə prosesində BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Pedaqoji fakültənin Tədris işləri üzrə dekan müavini Seyran Qayıbov, Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev və kafedranın müəllimləri iştirak ediblər və tələbələri təbrik ediblər.

Tələbələr adından çıxış edən qrup nümayəndəsi Aytac Piriyeva biliklərinin formalaşmasında yüksək əməyi keçən bütün müəllimlərinə minnətdarlıqlarını bildiriblər, həmçinin BMU-da əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.

Məlumat üçün bildiririk ki, bu il BMU-da bakalavriat səviyyəsi üzrə 709 tələbənin yekun attestasiyası Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında aparılacaq. 61 tələbə isə öz arzusuna uyğun olaraq onlayn dövlət imtahanında iştirak edəcək. 25 bakalavr üçün buraxılış işlərinin onlayn müdafiəsi keçiriləcək. Magistratura səviyyəsində isə 129 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.

SON XƏBƏRLƏR
Türk PUA-ları havaya qalxdı: terrorçular məhv edildi
Ərazi itkisinə yol verilməyib - Müdafiə Nazirliyi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir
Ermənilərin hücumunun qarşısı alındı, şəhidlərimiz var - RƏSMİ
Yağışların yağması çaylarda sululuğun artmasına səbəb olub
Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı danışdı
Ekspres avtobuslar üçün yeni dayanacaqlar müəyyən edildi
Sabiq nazirin anası koronavirusdan dünyasını dəyişdi
“Namaz qılıram, ibadətlə məşğulam” - İsmət Abbasov
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu
Azərbaycanda çaylar daşdı - Kəndləri sel basdı
FHN-dən yağış sularının dolduğu yerlərlə bağlı AÇIQLAMA
İcra başçısının müavini və şöbə müdiri koronovirusa YOLUXDU
Azərbaycanda bu hospitalın həkimi də koronavirusa yoluxdu
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edildi
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi
Arif Qasımovun qanunsuz tikdirdiyi restoran söküldü
Şəhid komandir Raquf Orucovla bağlı videokonfrans keçirildi
Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN
İtaliyada koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə daha 21 nəfər pandemiyanın qurbanı oldu
Prezidentə yazırlar: Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Göldə yoxa çıxan aktrisanı tapa bilmirlər
Azərbaycanlı müğənni bu fotosuna görə tənqid olundu
Məşhur müğənninin anası etiraf etdi
Bakıda 45 yaşlı kişini avtomobil vurdu
Bu gündən ictimai nəqliyyat iki gün İŞLƏMƏYƏCK
Qazaxıstanda 56 mindən çox insan koronavirusa yoluxdu
Sabirabadda DƏHŞƏT: 16 yaşlı qız özünü ağacdan asdı