Bunlar mədə xərçəngi inkişafının ilkin mərhələsidir

Tarix:10-03-2017, 13:19 Baxış Sayı:302 Kateqoriya:gundem

Bunlar mədə xərçəngi inkişafının ilkin mərhələsidirBunlar mədə xərçəngi inkişafının ilkin mərhələsidir

Hər bir canlı orqanizmdə olduğu kimi, insan həyatının da böyük bir hissəsini qida qəbulu təşkil edir. Qida ilə bərabər orqanizmə sağlamlıq baxımından çox vacib olan zülal, yağ, karbohidrat, vitamin, mikroelement və digər maddələr də daxil olur. Məhz bunun nəticəsində orqanizmin məhv olan hüceyrələri yeniləri ilə əvəz olunur. Həmin prosesin əsası isə qidanın orqanizmdə düzgün paylanmasına cavabdeh olan həzm sisteminin fəaliyyətindən asılıdır.
Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin baş qastroenteroloqu, professor Əlihüseyn Hidayətov həmin mövzu ilə əlaqədar AZƏRTAC-ın “Sağlamlıq klubu”nun suallarını cavablandırıb.
– Son vaxtlar gənclər arasında mədə xəstəlikləri, xüsusilə xroniki qastrit geniş yayılıb…
-Ümumilikdə xroniki qastrit çox ciddi problemdir. Müəyyən olunub ki, xroniki qastritin bir sıra formaları, məsələn, xroniki atrofik qastrit mədə xərçənginin inkişafının ilkin mərhələsidir. Xroniki qastritin əmələgəlmə səbəbinin 70-80 faizi Helicobacter pylori infeksiyasıdır. Ölkə əhalisi, o cümlədən gənclər arasında həmin infeksiya geniş yayılıb, hətta bəzi bölgələrdə onun yayılma dərəcəsi təxminən 60-80 faizə çatır. Xroniki qastritin əmələ gəlməsinin digər səbəblərindən autoimmun proseslər, xroniki stress və toksiki təsirləri misal göstərmək olar. Gənclər arasında xroniki qastritin yayılmasına təsir edən amillər sırasında şirin qazlı içkiləri və küçələrdə satılan keyfiyyətsiz qida məhsullarını qeyd etmək olar.
Xroniki qastritin etiologiyası, lokalizə olunduğu areal və baş verən morfoloji dəyişikliklərdən asılı olaraq bir neçə növə ayırd edilir. Bunlar kəskin və xronik infeksiya mənşəli, qeyri-infeksion mənşəli, antral qastrit, fundal qastrit, atrofik, qeyri atrofik qastrit və başqalarıdır. Xəstəliyin diaqnozu endoskopik müayinədə mədə selikli qişasından götürülmüş hissəciyin morfoloji müayinəsi nəticəsində qoyulur.
Adətən xəstələr qızardılmış, qovrulmuş, ədviyyatlı qidalar və alkoqollu içkilərdən istifadə etdikdən sonra ağrı, köp, ürəkbulanması və qusmadan şikayət edirlər. İlk dövrdə həmin narahatlıqlar pəhriz saxlayanda və spazm əleyhinə dərmanlar qəbul edəndə aradan qalxır. Bir müddət sonra xəstəliyin əlamətləri təkrarlanır və uzun müddət davam edir. Qeyd etmək lazımdır ki, şikayətlərin heç biri xroniki qastrit üçün spesifik deyil. Bu və oxşar simptomlara qarın boşluğu orqanlarının digər patologiyalarında da rast gəlinir. Ona görə qarın boşluğunun üst nahiyəsində narahatlıq yarananda mütləq həkimə müraciət etmək və endoskopik müayinədən keçmək lazımdır.
Xroniki qastritin müalicəsi isə xəstəliyin səbəbi, yerləşdiyi nahiyə, qastritin növü və s.-dən asılıdır. Adətən müalicə məqsədilə xəstələrə pəhriz, qastroprotektor və Helicobacter pylori əleyhinə dərmanlar təyin edilir.
– Diafraqmanın qida borusu dəliyinin yırtığının yaranma səbəbləri, əlamətləri və müalicə üsulları barədə məlumat verməyinizi xahiş edirəm…
– Onun yaranmasının bir sıra səbəbləri var. Bunlar qida borusu-mədə birləşməsi əmələ gəlməsində iştirak edən birləşdirici toxuma quruluşunun çatışmazlığı, qarındaxili təzyiqin və qida borusunun hərəki aktivliyinin (hipermotor diskineziyası) yüksəlməsidir.
Bu xəstəlik bir neçə növə ayrılır. Əvvəla, aksial (boylama) yırtıq qarın boşluğu daxili təzyiqin yüksəlməsi zamanı qida borusunun abdominal hissəsinin, mədənin kardial və fundal şöbələrinin sərbəst olaraq (sürüşən) döş qəfəsinə keçə bilməsi ilə səciyyələnir. İkincisi, paraezofageal (qida borusu ətrafı) aksial yırtıqlardan qida borusunun abdominal (kardial) şöbəsinin qarın boşluğunda qalması ilə fərqlənir. Bu zaman, mədənin fundal, yaxud antral şöbəsi kimi, qarın boşluğunun digər orqanları da (nazik və yoğun bağırsağın ilgəkləri, piylik və s.) döş boşluğuna keçərək qida borusu ətrafında (parezofagial) yerləşə bilər. Üçüncüsü, qarışıq yırtıq aksial və paraezofageal yırtıqların müştərək əlamətləri ilə səciyyələnir.
Bu növ yırtıqlardan əziyyət çəkənlərin təqribən üçdə birində xəstəliyin klinik əlamətləri (simptomsuz gediş) müşahidə edilmir, yırtıq yalnız rentgenoloji, yaxud endoskopik müayinələrin aparılması zamanı aşkarlanır.
Yaxın daxili orqanlara reflektor təsiri ilə əlaqəli meydana çıxan qeyri-spesifik simptomların əlamətləri qıcqırma, turş gəyirmə, qidanın geri qayıtması, döş qəfəsində ağrı, udqunma pozuntuları və başqalarıdır. Qida borusu dəliyinin yırtığı olan xəstələrin müalicəsi yırtığın tipi, yerdəyişmənin xüsusiyyəti, yırtıq kisəsinin həcmi və xəstəliyin ağırlaşma dərəcəsindən asılı olaraq aparılır, əksər hallarda konservativ müalicə ilə yekunlaşır. Bu, daha çox heç vaxt boğulmayan diafraqmal yırtıqlara (aksial) aiddir. Sürüşən yırtıqların cərrahi müalicəsi əsasən ciddi ağırlaşmalar vaxtı lazım gəlir. Böyük paraezofageal və qarışıq yırtıqlar isə ağırlaşmaların inkişaf riskinin yüksək olmasına görə, bir qayda olaraq, əməliyyat olunmalıdır. Nəhayət, diafraqmanın qida borusu dəliyinin boğulmuş yırtıqları təcili cərrahi müdaxilə tələb edir.
– Son illər hepatit С virusuna yoluxanlar nə qədərdir?
– Hepatit C virusa yoluxanların böyük əksəriyyətində xəstəlik simptomsuz keçdiyinə görə xəstələr həkimə az müraciət edir və konkret dövrdə yayılması barəsində məlumat vermək çətinləşir. Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə HCV-infeksiyası 4,3 faiz yayılıb. Virusa yoluxanların 80-85 faizində xroniki proses inkişaf edir, xəstələrin 60-70 faizində yüngül və mülayim gedişli xroniki hepatit inkişaf etdiyi üçün həkimə üz tutmurlar. Xroniki proses inkişaf edən xəstələrin 10-20 faizində qaraciyər sirrozu, 5 faizində isə qaraciyər xərçənginin əmələ gəlmə ehtimalı yaranır.
2013-cü ildən sonra yeni dərman vasitələrinin istifadəsi ilə əlaqədar hepatit C virusunun müalicəsində inqilabi dəyişikliklər baş verib. Həmin dərmanlar HCV-li xəstələrin sağalmasına imkan verir. Bir neçə ildir ki, ölkəmizdə B və C hepatitli xəstələrin müalicəsi dövlət hesabına həyata aparılır və təyin olunmuş həkimlər qrupu həmin xəstələrin müayinə və müalicəsini pulsuz aparırlar.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda