Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı

Tarix:20-06-2019, 09:15 Baxış Sayı:57 Kateqoriya:gundem, cemiyyet

Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladıPensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir, 40 faiz isə yaddan çıxmayıb. Orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir.

Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksiya ilə bütün pensiyaçılarımızı pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək.

Qərar ümumi orta aylıq əmək haqqı artımı təsdiq olunandan sonra verilir. Lakin yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə, fevralın sonunda hər 2 ayın ödənişini birgə alırlar.
Milliirs.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir ildən artıq müddətdə ölkədə silsilə sosial islahatlar həyata keçirilir:
“Prezidentin siyasətinin ana xəttində Azərbaycan vətəndaşının rifahı durur və görülən bütün işlər məhz bu sahəyə istiqamətlənir. İlin əvvəlində sosial paketlərin birinci mərhələsi təsdiq olundu və birinci mərhələ çərçivəsində üç milyondan çox vətəndaşımızın həyatına birbaşa təsir edən qərarlar qəbul edildi.
Minimum əmək haqqı, minimum pensiya, sosial müavinətlər, təqaüdlər və başqa ödənişlər artırıldı. Dövlət başçısı bu artımları tətbiq edərkən növbəti islahatın anonsunu verdi. Artıq Prezident sosial islahatların ikinci paketini imzaladı. Bu paket çox əhatəlidir, geniş bir spektri əhatə edir. Burada minimum əmək haqqı təkrar 40 faiz artırılır.
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumundan ciddi şəkildə artırılaraq təsbit edildi. Azərbaycanda yaşayış minimumunun 250 manat təsbit edilməsi birbaşa onun göstəricisidir ki, Azərbaycan sosial dövlət istiqamətində əmin addımlarla irəliləyir. 1 milyon 350 min insanın əmək haqqının artması, heç də o demək deyil ki, onlar 250 manatdan aşağı əmək haqqı alırdılar.
Minimum əmək haqqının 250 manat təsbit edilməsi ilə bağlı dövlət idarəetmə sistemində, eyni zamanda özəl şirkətlərdə də müəyyən maaş cədvəli, maaş pillələri olacaq. Alt pillə artdığı anda, yuxarı pillələr mərhələlərlə artmalı olur. Ona görə də, ümumilikdə 1 milyon 350 min insanın əhatə edilməsi muzdla işləyən insanların 80 faizinin bu islahat çərçivəsində əhatə olunması deməkdir”.

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub