Siz bu gün, müzəffər Mehriban xanım,
Zülməti dünyada boğan Günəşsiz!..
İkinci günəşi neyləyir cahan,
Məşriqə, Məqribə doğan Günəşsiz!..
Qartal baxışların ənginə dikmiş
Məğrur heykəlisiz əbədiyyətin.
Allahın özü də bir rəssam imiş:
Sizi bu hüsndə çəkdiyi üçün!..
Müzəffər Mehriban, Sizə uğurlar,
Qələbə yol açır əbədiyyəyə.
Yalnız Zəfərlərdə Tanrı hökmü var,
Bais uğrayandır məğlubiyyətə!
Şirlər Diyarının şairiyəm mən,
Axır damarında FATEHlər qanı.
Bir millət, bir tale, bir vahid Vətən-
Sanıram bölünməz Azərbaycanı!
Azadlıq uğrunda şəhid gedənlər
Vətənin eşqidir, dövlət-varıdır.
Əcəli Şuşadan yerə enənlər
Taleyin yıxılmaz sütunlarıdır!..
Araz, Həkərilə dağlardan enib,
Nəhayət, Xəzərdə Kürləşmişik biz.
Müstəqil Bayraqlı Dövlətə dönüb,
Tək ANA qəlbində birləşmişik biz!..
2
İrəli, xalqım, əziz can ola Bayrağa fəda,
Mavi-al rəngli-yaşıl tarixi övrağa fəda!
Bu gözəl yurduma bax, yer üzünün cənnətidir,
Canımız hər çəmənə, gülşənə, hər bağə fəda!
Uca tutmaq gərəkir bizlərə Ulduzlu Tuğu
Ki, olaq həm Hilala, Ülkərə, həm Tuğə fəda!
Edər aləmə şayan bizləri Fərhadi-hünər,
Edə bilsək bu Şirin canları biz dağə fəda!
Vətən eşqidi bizim könlümüzə şahlıq edən,
Olalım gündə neçə yol bu gözəl şahə fəda!
Vətən uğrunda şəhid olmuş əziz gənc əsgər,
Canımız olsun o sizlər bükülən ağə fəda!
Şühəda əhlinə min rəhmət oxur şanlı Vətən,
Onlar etmiş canını çünki bu torpağə fəda!
Bizi Azadlıq üçün doğdu, doğurdu ki zaman,
Yaşayaq özgür, edək ömrü bu növrağə fəda!
Bir ömür azdır, Ata, can Vətən uğrunda verək,
Neçə yol gündə olaq biz də bu Bayrağa fəda!!.
Bakı şəhəri, 26 avqust 2023-cü il.