Bu şəxslərin təqaüdü 100 faiz artırıldı

Tarix:2-04-2019, 12:00 Baxış Sayı:227 Kateqoriya:gundem / cemiyyet

Bu şəxslərin təqaüdü 100 faiz artırıldı
Prezident İlham Əliyev "Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir", - deyə bəyan edərək, bu döyüşlərin dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdiyini vurğulayıb. Həmin döyüşlərdə həlak olmuş qəhrəman Vətən oğullarının – şəhidlərimizin ailələri, yaralanmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib. Onlara qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq sosial təminat növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin olunub. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılıb.
Milliirs.az Sonxeber.az-a istinadən verilən məlumata görə, cari ildə bu sahədə növbəti mühüm addım kimi 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb.

Eyni zamanda aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə "Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız", - deyə bildirib. Bu tapşırığa uyğun olaraq, qeyd olunan əsgər və zabitlərin reabilitasiyası sahəsində yüksək səviyyədə işlər aparılıb. Belə ki, Heydər Əliyev Fondunun "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya məhsulları ilə təmin edildilər.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən, cari ilin fevral ayında 30-dək hərbçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlili də protezləşməyə cəlb edildi. Onların hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilərək təmin olundular. Reabilitasiya vasitələri ilə təmin olunan həmin Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətlərini davam etdirir, bir qismi hərbi xidmətlərinə davam edir, ayrı-ayrı əlilliyi olan hərbçilər isə paralimpiya idman növləri ilə məşğul olurlar.

Aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır.

SON XƏBƏRLƏR
Yevlaxda Şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ