Problemli kreditlərin həlli ilə bağlı Fərman 800 min nəfərin rifahında müsbət dönüşə səbəb olacaq

Tarix:3-03-2019, 13:24 Baxış Sayı:237 Kateqoriya:gundem / cemiyyet

Problemli kreditlərin həlli ilə bağlı Fərman 800 min nəfərin rifahında müsbət dönüşə səbəb olacaq
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” bu il fevralın 28-də verdiyi Fərman dövlət başçısının mühüm sosial-iqtisadi əhəmiyyətə malik növbəti humanist təşəbbüsü olmaqla, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi, ümumən ölkəmizdə layiqli həyat səviyyəsinin təmin edilməsi üçün daha bir əhəmiyyətli irəliləyişə imkan yaradıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bu barədə AZƏRTAC-a deyib: “Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdikləri maliyyə itkisinin dövlət tərəfindən qarşılanmasını, eyni zamanda, problemli kreditlər məsələsinin həllini təmin edən həmin Fərman bir daha Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olduğunu nümayiş etdirir. Dövlət başçısı fevralın 25-də keçirilən müşavirədə demişdi: “Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir”.

Həmin müşavirədən bir neçə gün sonra Prezidentin imzaladığı fərman və sərəncamlar, sosial müdafiə sahəsində atılan ciddi addımlar bu fikrin əməli müstəvidə təsdiqini tapdığını göstərir. Minimum əməkhaqqı və minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanın rifahına müsbət təsir göstərir. Həmçinin 600 minədək şəxsi əhatə edən sosial müavinətlər orta hesabla 100 faiz artırılıb. Prezidentin aylıq təqaüdünü alan 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb, həmçinin 100 mindən çox tələbənin təqaüdündə artımlar edilib. Çoxmənzilli binaların sənədləşdirilməsi isə təxminən 350-400 min vətəndaşı əhatə edəcək”.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı 800 min nəfərin rifahında müsbət dönüşə səbəb olacaq. Ona görə də cəmiyyət tərəfindən əhalinin sosial müdafiəsi sahəsində inqilabi addım və sosial ədalətin təcəssümü kimi yüksək dəyərləndirilir”, - deyə şöbə müdiri fikrini yekunlaşdırıb.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda