Baş redaktordan

Tarix:28-06-2017, 11:02 Baxış Sayı:582 Kateqoriya:edebiyyat

Baş redaktordan


Hörmətli oxucu! Aprel ayı da hər birimizin şüurunda faciələri ilə həkk olan aydır. Ağdaban faciəsi, Kəlbəcər faciəsi, Qacar faciəsi... Azərbaycan Dövlət Neft Akademiyasında (hazırki Azərbaycan Neft və Sənayə Universiteti) baş verən faciə...
Bu faciələrin hər birisi Azərbaycan xalqının heç zaman unuda bilməyəcəyi faciələrdir.
2016-cı ilin Aprel döyüşləri də xalqımızın heç zaman unuda bilməyəcəyi faciələr silsiləsindəndir.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında hərbi münaqişə - dördgünlük müharibə baş verdi. Cəmi dörd gün çəkən bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələri elə ilk gündəcə Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan və Mədagız məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyində nəzarəti ələ keçirdilər.
İstəkli oxucu, həmin dörd günün qısa xronologiyasını yığcam şəkildə diqqətinizə catdırmaq istərdim.
Döyüşlərin ilk günündə bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2 nəfər öldü, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, xeyli dağıntılar oldu. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli-Cəbrayıl istiqamətlərində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. İlk döyüşlərdə Azərbaycanın 12 hərbi qulluqçusu şəhid oldu. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd “Mi-24” helikopteri Ermənistan tərəfindən vuruldu; 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxdı. Döyüş nəticəsində yaşayış üçün təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan yaşayış məntəqəsi erməni hərbi qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən tam qorunması məqsədilə geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələtəpə" yüksəkliyi Azərbaycan Silahlı qüvvələrinin nəzarətinə keçdi.
2 aprel 2016-cı il tarixdə beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasətinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul etdi. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf Ermənistan ərazisindən işğal altında olan ərazilərə əlavə hərbi qüvvələr cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərdi.
3 aprel 2016-cı il tarixdən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərinin dayandırdığını elan etdi. Bundan istifadə edən düşmən itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Cəbrayıl-Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum etdi.
Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd-Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstərdilər. Düşmənin bir batareyası darmadağın edildi. Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxladı. Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edildi.
Aprelin 5-ə olan məlumata görə, bütün cəbhə boyu son iki gün ərzində döyüşlərdə vuruşan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından 25 nəfəri şəhid oldu. Cəbhə bölgəsində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildi. Aprelin 5-də saat 12.00-dan Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edildi...
Dörd gün davam edən bu döyüş Azərbaycan tərəfi 100 nəfərədək şəhid oldu...
Aprelin 6-da Ermənistan ordusunun bölmələri tərəfindən Füzuli, Cəbrayıl, Tərtər, Goranboy rayonlarının bəzi yaşayış məntəqələri və həmin məntəqələrin yaxınlığındakı Azərbaycan ordusunun mövqeləri 60, 82 və 120 millimetrlik minaatanlardan, eləcə də digər müxtəlif növ silahlardan intensiv atəşə tutuldu. Xeyli dağıntılar oldu...
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun!

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda