III qrup abituriyentlərini üzəcək dəyişikliklər – Ekspert yeni qəbul proqramının “ədəbi fərqlər”ini sadaladı

Tarix:29-01-2019, 15:10 Baxış Sayı:192 Kateqoriya:edebiyyat

III qrup abituriyentlərini üzəcək dəyişikliklər – Ekspert yeni qəbul proqramının  “ədəbi fərqlər”ini  sadaladı

“Kurikulum əsasında hazırlanan dərsliklərdə şair və yazıçılar, ədəbi dövrlər haqqında informasiya əvvəlkilərlə müqayisədə az olsa da, mövzuların say tərkibi qabaqkılardan xeyli çoxdur. Ənənəvi Ədəbiyyat proqramı ilə yenisinin yeganə üst-üstə düşən mövzuları Ədəbiyyat nəzəriyyəsinə aid hissələrdir”.

Milliirs.az AzEdu.az-a açıqlaması zamanı AMEA-nın əməkdaşı, təhsil işçisi Elxan Nəcəfov deyib. O, qəbul imtahanları üçün bütün fənlər üzrə çoxdan gözlənilən proqramın nəhayət ki, elan olunduğunu vurğulayıb:

“Bu yaxınlarda “Abituriyent 1” jurnalı satışa çıxarıldı. III fənn bloku üzrə ən həssas proqramlardan biri Ədəbiyyat fənninə aid idi.

Yeni təhsil proqramlarının (kurikulumlar) tələbi ilə digər fənlər kimi Ədəbiyyata aid dərsliklər də tamamilə dəyişdirildi. Yeni dərsliklərin mövzu tərkibi ənənəvilərin tərkibindən xeyli fərqlənir.

Tədris ilinin əvvəlində şifahi şəkildə elan olundu ki, yeni qəbul proqramında Ədəbiyyat fənnində baza dərslik kimi təkcə 10-11-ci siniflər deyil, 5-11-ci sinif dərslikləri əsas götürüləcək. Elan olunan qəbul proqramı bunu təsdiqlədi. Demək olar, yeni proqram 80% ənənəvi qəbul proqramından fərqlənir. Bu fərqlilik özünü proqrama əlavə edilən ədiblərin və onların əsərlərində göstərir. Həmçinin, həm ənənəvi, həm də yeni dərsliklərdə yer alan eyni ədiblərin həyat və yaradıcılıqlarına aid məlumatlarda da fərqlər görünür. Bununla bərabər, həmin ədəbilərin yaradıcılığına aid əsərlər ya dəyişilib, ya da eyni əsərin fərqli hissəsi mənimsədilmək üçün təqdim edilib”.

Elxan Nəcəfov deyib ki, yeni dərsliklərdə şair və yazıçılar, ədəbi dövrlər haqqında informasiya əvvəlki dərsliklərlə müqayisədə az olsa da, mövzuların say tərkibi əvvəlkilərdən xeyli çoxdur:

“Ənənəvi ədəbiyyat proqramı ilə yeni proqramın yeganə üst-üstə düşən mövzuları Ədəbiyyat nəzəriyyəsinə aid hissələrdir.

Beləliklə, bu il üçün ədəbiyyat fənni və proqramı təkcə abituriyentlər üçün deyil, həm də müəllimlər üçün bir çox yeniliklərlə dolu oldu. Çox istərdik ki, bu qədər yenilikləri özündə ehtiva edən qəbul proqramı tədris ilinin yanvar ayında deyil, oktyabr-noyabr aylarında elan olunardı.

Qəbul üçün əsas şərt təkcə proqramın elan olunması yox, həm də həmin fənnə aid test tapşırıqlarının necəliyidir. İl ərzində keçirilən sınaq imtahanları vərdiş və məlumatı qismən formalaşdırsa belə, yetərli olmadı.

“Abituriyent 1” jurnalında fənlər üzrə təqdim edilən test modelləri də diqqəti xeyli cəlb edir. Ədəbiyyat fənninə aid test tapşırıqlarında xeyli yeni modellər var. Bu modellərə səbəb-nəticə sxem testi, müqayisə cədvəli, ikili və üçlü Eyler-Venn diaqramı, klaster, sinkveyn, sillogizm, mətn testləri və s. göstərmək olar.

Digər fənlərdə və Ədəbiyyatda tətbiq edilən yeniliklər builki nəticələrə müəyyən qədər təsir edəcək. Bu daha çox test tapşırıqlarının işlənməsindəki vərdiş amili ilə bağlı olacaq”.

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub