Marketlərdə sellofan torbalar pulla satılır? - Nazirlik məsələyə qarışdı

Tarix:11-01-2019, 13:55 Baxış Sayı:266 Kateqoriya:cemiyyet

Marketlərdə sellofan torbalar pulla satılır? - Nazirlik məsələyə qarışdı
Artıq bir neçə ölkə ekologiyaya zərərli olduğu üçün marketlərdə sellofan torbaların satışına başlayıb. Gürcüstan, Özbəkistandan sonra qonşu Türkiyədə də bu addımın atılması ölkəmizdə də bir müddətdir ki, gündəmdə olan pullu sellofan mövzusunu aktual edib.

Artıq sosial şəbəkələrdə bir neçə marketdə bununla bağlı xəbərdarlıqların vurulduğu və bu tipli torbaların satıldığına dair məlumatlar yayılıb. Maraqlı məqam ondan ibarətdir ki, xeyli supermarketdə sellofanların ödənişli olduğu deyilsə də, araşdırdığımız vaxt bu nüansla rastlaşmadıq.

Alıcılar üçün əsas problematik məsələ sellofanların pullu olması yox, qiymətidir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda sahibkarların bu məhsulu 5-20 qəpiyə satacağı göstərilir.

Milliirs.az Milli.Az-n xəbər verir ki, qafqazinfo bu məqamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə əlaqə saxlayıb və bir neçə məqama aydınlıq gətirib. O bildirib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə hazırda kompleks tədbirlər planı hazırlanaraq qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib:

"Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Ancaq həmin marketlərin adları qeyd olunmadığından biz bu halın nə dərəcədə doğru olduğunu deyə bilmərik.
Marketlərdə sellofan torbalar pulla satılır? - Nazirlik məsələyə qarışdı
Hazırda təkliflər planı hazırlayaraq qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim etmişik. Təkliflər yalnız polietilen torbaların pullu olması ilə bağlı deyil, burda, həmçinin plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün münbit şəraitin yaradılması, bu sahədə ictimai savadlılğın və məlumatlılığın artırılması üçün də təkliflər verilib. Hazırda təkliflər paketi razılaşdırma mərhələsindədir.

Qərar verildikdən sonra bu barədə ictimaiyyəti məlumatlandıracağıq. Bəzi ölkələrdə qərar olmadan da polietilen torbalardan ödənişsiz istifadə olunmur. Marketlər və ictimaiyyət könüllü şəkildə bunu tələb edir. Bu, alqışlanan haldır".

M. Nəbiyev qiymətlərin yüksək nəzərdə tutulması ilə bağlı məsələyə də şərh verərək bildirib ki, nazirlik qiymətlərlə bağlı hər hansı bir təklif irəli sürməyib:

"O ki qaldı qiymət məsələsinə, bunu biz müəyyən etmirik. Sadəcə, polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan olunması ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Qərar olanda yəqin ki, müvafiq qaydada qiymətləndirmə aparılıb lazımi məbləğlər müəyyənləşdiriləcək".

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda