Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"

Tarix:12-07-2019, 12:53 Baxış Sayı:42 Kateqoriya:cemiyyet, tehsil

Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır""Gələn ildən etibarən tədrisi ana dilində aparılmayan məktəblərdə Azərbaycan dili dərsliyi yeni ehtiyat dərslik formatında hazırlanacaq".
Milliirs.az Report.az-a istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, növbəti illərdə "Həyat bilgisi" dərsliyinin də yeni alternativ dərslik formatında işlənilməsinə başlanılacaq: "Yaxın illərdə Azərbaycanda orta məktəblərdə ehtiyat dərsliklərin çeşidi artırılacaq. İbtidai siniflərdə bir sıra əsas fənn dərsliklərinin - Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin yeni ehtiyat dərslik formatında hazırlanması istiqamətində işlərə başlanılıb. Artıq bir ildir ki, həmin dərsliklər Azərbaycanın 100 məktəbində sınaqdan keçirilir. Bu formada təkmilləşdirilmiş dərsliklər yenidən ekspertizaya göndərilir və özünü doğrultduqdan sonra mövcud olan dərslikləri həmin ehtiyat dərsliklərlə əvəz edəcəyik. Biz ehtiyat dərsliklərin çeşidinin artırılması istiqamətində işləyirik".

C.Bayramov bildirib ki, Azərbaycanda orta məktəblərdə dərs yükünün optimallaşdırılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülüb və bu istiqamətdə tədbirlər həyata keçirilir: "Təhsil Nazirliyinin kollegiyası 2018/2019-cu tədris ilində məktəbdaxili qiymətləndirilmələrin sayının azalmasını həyata keçirib. Böyük summativ qiymətləndirmələrin və siniflərin bölgüsündə azalmalar olub. Eyni zamanda bu, dərs yükü həcminə də müsbət təsir göstərib".

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub