Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib

Tarix:11-04-2019, 13:30 Baxış Sayı:317 Kateqoriya:cemiyyet / incesenet

Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib
Moskvada Dövlət Şərq Muzeyində “Harmoniya sahəsi. Azərbaycanın ənnənvi incəsənəti” adlı sərgi keçirilir.
Milliirs.az Report.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan xalça muzeyinin və Rusiya dövlət Şərq xalqları incəsənət muzeyinin dekorativ-tətbiqi incəsənət nümunələrini əhatə edən sərgidə 100-dən çox əsər nümayiş olunub. Azərbaycanın Rusiyadakı səfirliyi və hər iki muzeyin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Rusiya mədəniyyət nazırliklərinin nümayəndələri də iştirak ediblər.

Sərginin əsas məqsədi burada sərgilənən əsərlərlə - müxtəlif növ xalçalar, zinət əşyaları, xüsusi önəm kəsb edən qiymətli qablar, şənlik zamanı geyinilən milli geyimlər, baş örtükləri və.s moskvalılara XVIII əsrin sonu XIX əsrin əvvələrində Azərbaycan mədəniyyəti haqqında təsəvvür yaratmaqdır.

“Bu sərgi böyük hadisəsidir. Burada tamaşaçılar heç yerdə görə bilmədiklərini görəcəklər. İki müzeyin arxivi əsasında yaradılan bu sərgidə Azərbaycandan gətirilmiş xalçaların tikilişləri, təsvir olunan kompazisiyalar, rəng çalarları ustalıqdan və mədəniyyətin dərinliyindən xəbər verir”. Bunu "Report"a açıqlamasında sərginin kuratoru Mariya Filatova bildirib.

Nümayiş olunan hər bir əsərin unikallığını vurğulayan M.Filatova “Hama sandığı”-nın şəxsən özü üçün cazibəli və böyük məna daşıdığını vurğulayıb.

Muzeyin direktoru Aleksandr Sidov isə "Report"un Rusiya nümayəndəliyinə müsahibəsində Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdiyini bildirərək, bu sərgini keçirməkdən şad olduqlarını nəzərə çatdırıb.

“Bu sərgidə tamaşaçı hər bir əsərə diqqətlə yanaşmalıdır. Bir nömrəli əsər isə, fərqliliyi ilə seçilən, muzey üçün ilk azərbaycan incəsənət əsəri olan hər şeyin başlandığı xalça Qarabağ xalçasıdır. Muzey onu 1918-ci ildə əldə edib.” deyə Aleksandr Sidov qeyd edib.

Sərginin açlış mərəsimində çıxış edən Rusiya dövlət Şərq xalqları incəsənət muzeyinin direktoru Aleksandr Sidov, sərginin kuratoru Mariya Filatova, Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Nigar Axundova, Azərbaycan Mədəniyyət nazirliyinin nümayəndəsi Azadə Hüseynova və digərləri sərginin əhəmiyyətindən və iki ölkə arasında olan mədəni əlaqələrin inkişafından söz açıblar. Rusiya dövlət Şərq xalqları muzeyi ilə Azərbaycan mədəniyyət və incəsənətinin daim tandem olaraq fəaliyyəti qeyd olunub.

Azərbaycan xalca muzeyinin rəhbəri Şirin Məlikova isə Rusiya dövlət Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib.

Qeyd edək ki, sərgi mayın 12-nə kimi davam edəcək.
Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib
Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib
Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib
Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib
Moskvalılara Azərbaycanın ənənəvi incəsənəti təqdim edilib

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda