Ali təhsil müəssisələrinə qəbulda nə yenilik olacaq?

Tarix:8-02-2017, 16:53 Baxış Sayı:333 Kateqoriya:---

Ali təhsil müəssisələrinə qəbulda nə yenilik olacaq? Təhsil eksperti Kamran Əsədov təhsil naziri Mikayıl Cabbarovun ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflərinə münasibət bildirib.

Milliirs.az xəbər verir ki, K.Əsədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, nazirin təklifi kifayət qədər mütərəqqi addımdır:

“İlk növbədə, bunu zəruri edən bir sıra mühüm şərtlər mövcuddur. Birincisi, Azərbaycanda adambaşına ali təhsil alanların sayına düşən göstərici digər ölkələrlə müqayisədə aşağıdır. Yəni bizdə hər min nəfərdən 151-i ali təhsil almaq imkanına malikdir. Bu, ali təhsil müəssisələrinin plan yerlərinə görə belə aşağı rəqəmdir.

İkincisi, hər il 10 mindən çox azərbaycanlı tələbə öz vəsaitləri hesabına xaricdə təhsil almağa gedirlər. Onları bu addımı atmağa məcbur edən məsələ yenə də Azərbaycanda universitetə qəbul ola bilməmələridir. Bu da kifayət qədər böyük məbləğdə pul vəsaitlərinin və insan resurslarının xaricə getməsinə səbəb olur.

Üçüncüsü, məsələ ali məktəblərin maliyyələşdirilməsi ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmizdə ali təhsil müəssisələrinin yeganə gəlir yeri tələbələrin təhsil haqqıdır. Amma onlar tələbə qəbulu zamanı plan yerlərini artırsalar buna ehtiyac olmayacaq.

Kamran Əsədovun sözlərinə görə, əslində bu addım gözlənilən idi:

“Çünki TQDK (DİM) bu il üçün qəbul şərtlərini hələ də elan etməyib. Bu, onu göstərir ki, 2017-2018-ci qəbul ili yeni qaydalara uyğun olaraq həyata keçiriləcək. Lakin hesab edirəm ki, dəyişikliklər bu il üçün nəzərdə tutulmayacaq. Bu yeniliklər 2019-cu il üçün nəzərdə tutula bilər. Çünki məhz həmin il yeni təhsil strategiyası - kurikulum ilə qəbul olmuş şagirdlər məzun olacaq və onların biliklərinin indiki mexanizm və üsullarla yoxlanılması mümkün deyil. Lakin Təhsil nazirinin təklif etdiyi akademik göstəricilərin üstünlüyü indi 10 və 11-ci sinifdə oxuyan şagirdlərə aid deyil.

Çünki hazırda orta məktəbdə təhsil alan 10 və 11-ci sinif şagirdlərinin bilikləri beş ballıq şkala ilə qiymətləndirilir. Nəzərə alsaq ki, hər il azı yüz min şagird orta məktəblərdən məzun olur, onların da akademik göstəriciləri böyük faizlə eyni olur, burada bir neçə problem yarana bilər. Belə ki, heç də ali məktəblərə qəbul zamanı yalnız orta məktəblərin məzunları iştirak etmir.

Eyni zamanda, peşə məktəblərinin, kolleclərin, ali məktəblərin, xaricdə yaşayan azərbaycanlıların, xarici ölkələr vətəndaşlarının da iştirakı nəzərdə tutulur. Bunların hamısının eyni meyarlar əsasında akademik göstəricilərinin müəyyən edilməsi mümkün deyil. Hesab edirəm ki, Azərbaycan ali məktəblərinə qəbul sistemində inqilabi dəyişikliklər yaranacaq. Bu, həm də repititorluğa ciddi şəkildə zərbə vuracaq”.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda